Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” insan ölümündə günahlandırılır - 50 min manat cərimə

Dəm qazından ölümə görə “Azəriqaz” 50 min manat cərimələndi...

Hər il Azərbaycanda onlarla insan dəm qazının qurbanı olur. Bu hallardan birinə görə «Azəriqaz» İstehsalat Birliyi 50 min manat cərimələnib.

PİA.az Virtualaz.org-a istinadən bildirir ki, amma «Azəriqaz» bununla razılaşmır.

Hərçənd, zərərçəkmiş tərəf də bu məbləğlə razı deyil. Dəm qazından zəhərlənmə nəticəsində yeganə oğlunu itirdiyini vurğulayan ata hesab edir ki, ona və ailəsinə dəymiş ziyanın qarşılığında bu məbləğ çox azdır.

Hacı Mirzəyi Şahdust İran vətəndaşı olsa da, ailəsiylə Bakıda yaşayır. Onun oğlu Şervin paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsindəki 179 saylı evin 5-ci mənzilində dəm qazından zəhərlənərək vəfat edib. Hadisə ilə əlaqədar cinayət işi başlanıb, «Azəriqaz»ın Yasamal rayon Qaz İstismar İdarəsinin sahə rəisi Bəkir Əliyev cinayət məsuliyyətinə cəlb olunub. B.Əliyev CM-in 314-cü (səhlənkarlıq) maddəsiylə təqsirli bilinib, ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə, 2 il həbs cəzası kəsilib.

Ancaq Hacı Mirzəyi Şahdust bununla kifayətlənmir. O, məhkəmədə «Azəriqaz»a qarşı 1 milyon təzminat tələbiylə iddia qaldırıb. Xətai rayon Məhkəməsi iddianı qismən təmin edib – «Azəriqaz»ın zərərçəkmişə 50 min manat kompensasiya ödəməsinə qərar verilib. Tərəflərin hər ikisi qərardan narazı qalaraq apellyasiya şikayəti verib. İran vətəndaşı məbləğin artırılmasını istəyib, «Azəriqaz» isə, ümumiyyətlə, kompensasiya ödəmək öhdəliyini ədalətsiz sayır.

Bakı Apellyasiya Məhkəməsi onların heç birinin şikayətini təmin etməyib – birinci instansiyanın qərarı olduğu kimi saxlanılıb. İş gəlib bugünlərdə Ali Məhkəməyə çatıb. Bu instansiyaya isə ancaq «Azəriqaz» şikayət edib. Bu qurumun nümayəndəsi məhkəmədə də deyib ki, işçinin qanunsuz hərəkətinə görə «Azəriqaz»ın cəzalandırılması doğru deyil.

Qarşı tərəf isə Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsaslanır. Bu maddədə göstərilib ki, «hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır, əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir».

Dekabrın 9-da işə baxan Ali Məhkəmə də qərarı dəyişməyib. Beləliklə, «Azəriqaz» dəm qazından çoxsaylı ölüm hallarından birinə görə zərərçəkmiş tərəfə 50 min manat təzminat ödəməlidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar