Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz”: 2020-ci ildə mexaniki sayağaclara üstünlük veriləcək

2020-ci ildən başlayaraq “Azəriqaz” İB daha çox mexaniki sayğaclara üstünlük verəcəyini açıqlayıb...

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, bu qurğuları digərlərindən fərqləndirən əsas üstünlüyü istifadəsinin kifayət qədər asan olmasıdır:

“Mexaniki sayğaclar da elektron tiplidir və digər sayğaclardan heç də fərqlənmir. Əsas fərq sadəcə onların istifadəsinin sadə olmasıdır. Belə deyək ki, vətəndaş kart tipli sayğac quraşdırmaq istəsə bu tip sayğacı quraşdıracaq, əgər mexaniki istəsə, mexaniki tipli sayğac quraşdıracaq.

Yeni nəsil sayğaclara gəldikdə isə, bu istiqamətdə işlər dayandırılmayıb. Sözügedən sayğacların alınması ilə bağlı tender keçirilib. Qalib də artıq bəlli olub. Qalib şirkətlə artıq müqavilə bağlanılıb. Artıq yanvar ayından başlayaraq 200 ədəd bu tip sayğacların tətbiqinə pilot layihə kimi başlanılacaq. 2020-ci ilin may ayından isə həmin sayğacların kütləvi tətbiqi planlaşdırılır. Ümumilikdə, 240 min belə sayğacların quraşdırılması nəzərdə tutulur”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Ən çox oxunanalar