Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AzerGold”: "Gədəbəydəki məsələ ilə heç bir bağlılığımız yoxdur" - Açıqlama

Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır...

Ötən gün Gədəbəydə polislə yerli əhali arasında qarşıdurma yaşanıb. Münaqişəyə səbəb isə Gədəbəyin Söyüdlü kəndində sianid tərkibli süni gölün (vanna) inşa edilməsinə yerli sakinlərin etirazı olub.

İddialar həqiqəti əks etdirirsə, sianid zəhərli maddədir. Belə ki, qızıl yatağından filiz götürülür, üyüdülür və sonra sianid məhlulu ilə qızıl torpaqdan ayrılır. İstifadə edilən sianidli su gölə (vanna) yığılıb çökdürüləndən sonra yenidən istifadə olunur. Sianid xüsusən heyvanlar və quşların kütləvi məhvinə səbəb olur.

GədəbəyDaşkəsən rayonunun sakinləri mal-qaranın, vəhşi heyvanların və quşların kütləvi şəkildə zəhərlənməsinin şahidi olduqlarını iddia edirlər. Söyüdlü kəndinin camaatı özlərinin, övladlarının sağlamlığına real təhlükə olduğuna görə narahatdır.

Bəs görəsən, kənd sakinlərinin narahatlığı əsaslıdırmı? Sözügedən ərazidə görüləcək işlər insanların sağlamlığına, mal-qaranın və təsərrüfatın məhv olmasına risk amili kimi qiymətləndirilə bilərmi?

Oxu.Az bu və digər suallara cavab tapmaq üçün aidiyyəti qurumlara müvafiq sorğular ünvanlayıb.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Gədəbəy rayonu Söyüdlü kəndindəki hadisələrlə QSC-nin heç bir əlaqəsi yoxdur:

Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərlə bağlı bəyan etmək istərdik ki, sözügedən məsələ ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin heç bir bağlılığı yoxdur.

Şirkətimizə ünvanlanan çoxsaylı sorğuları nəzərə alaraq, ictimaiyyətdə yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bir daha bəyan edirik ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsi ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti tərəfindən həyata keçirilir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin iyunun 9-da yaydığı məlumata əsasən isə sosial şəbəkələrdə Gədəbəy rayonu ərazisində yerləşən qızıl mədənində istismar prosesində ətraf mühitin çirkləndirilməsi ilə bağlı yayılan məlumatlar yerində araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov mətbuata açıqlamasında bildirib ki, xidmətin əməkdaşları tərəfindən Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən Gədəbəy qızıl mədənində istehsal zamanı əmələ gələn sianid tərkibli suların çökdürülməsi üçün nəzərdə tutulan gölə baxış keçirilib:

“Baxış zamanı qızıl mədənindən çıxan çirkab suların membranlanmış borular vasitəsilə xüsusi örtüklə izolyasiya olunmuş anbara ötürüldüyü, orada çökdürüldükdən sonra təkrar istifadəyə qaytarıldığı müəyyənləşdirilib.

Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır.

Atmosfer havasında da hər hansı iy və qoxu müşahidə olunmayıb”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar