Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell Telekom” Ümummilli Lider Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir

Ölkənin lider mobil operatoru Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mədəni irsimizin müasir rəqəmsal platformalar vasitəsilə təbliğinə növbəti töhfəsini verir

“Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram”

Ümummilli Lider Heydər Əliyev

Ulu Öndər Heydər Əliyevin mövqeyini rəhbər tutan “Azercell Telekom” MMC ölkəmizin mədəni irsinin qorunmasında və təbliğində müstəsna rolu olmuş ümummilli liderin ən sevdiyi kitabları özündə cəmləyən “Audiokitab” layihəsini təqdim edir.

Builki layihə çərçivəsində Azercell Azərbaycanın görkəmli yazıçı və şairlərinin 50-dən çox əsərini beynəlxalq “Bookmate” platformasına audiokitab, elektron kitab və audiopyes formatlarında yerləşdirəcək. Milli ədəbiyyatımızın gələcək nəsillərə ötürülməsi, beynəlxalq oxucu auditoriyasının artırılması məqsədilə mobil operator əsərlərin türk, ingilis və rus dillərində səsləndirilməsini də təmin edir. Məzmun, həmçinin Azercell-in rəsmi Youtube kanalı vasitəsilə də izləyicilərin diqqətinə çatdırılacaq.

Layihə Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Səməd Vurğunun və Məhəmmədhüseyn Şəhriyarın müxtəlif hekayələri, əsərləri, şerləri və pyeslərini əhatə edir. Bura Heydər Əliyevin sevdiyi Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi, Səməd Vurğunun “Azərbaycan” şeri, Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam”, Hüseyn Cavidin “Maral” pyesini aid etmək olar. Qeyd edək ki, Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında rəqəmsal komiks kitabı və qısa xronometrajlı animasiya filmi də hazırlanmaqdadır.

Azercell Azərbaycanın milli mətbuatının ən dəyərli nümunələrindən biri olan “Molla Nəsrəddin” jurnalını da rəqəmsallaşdırıb. Jurnalın Azərbaycan əlifbasına keçirilmiş 100 nəşri elektron kitab və audiokitab formatlarında artıq hazırlanıb və “Bookmate” tətbiqinə yüklənilir.

Bir daha qeyd edək ki, bu il “Audiokitab” layihəsi Azercell-in ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində həyata keçirilir. Rəqəmsal kitabxana layihəsi indiyədək İmadəddin Nəsiminin qəzəllərindən, Nizami Gəncəvinin 100-dən çox əsərindən, “Koroğlu” dastanının 10 qolundan, Qarabağın tarixinə aid müxtəlif elmi əsərlərdən, eləcə də Qarabağ ədiblərinin kitablarından ibarət audio və elektron məzmunu oxucuların istifadəsinə verib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar