Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell Telekom” MMC “Bakı Marafonu - 2023”ün eksklüziv tərəfdaşıdır

"Azercell" hər kəsi “Bakı Marafonu”na qatılmağa dəvət edir...

May ayının 7-də Heydər Əliyev Fondunun təşəbbüsü, “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə ölkəmizin mühüm idman tədbirlərindən biri olan “Bakı Marafonu - 2023” keçiriləcək.

Poliqon.info xəbər verir ki, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyan bu marafon həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən minlərlə idmansevəri bir araya gətirəcək. “Küləyə qalib gəl” şüarı altında keçiriləcək yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq.

"Azercell"in dəstəyilə keçirilən marafonda yarış nəticələrinin maksimal dəqiqliyini təmin etmək və qalibləri müəyyənləşdirmək üçün rəqəmsal xronometrdən (timekeeper) istifadə olunacaq. Bunun üçün marafonçuların nişan nömrələrinə xüsusi mikroçiplər yerləşdiriləcək və nəticələr dərhal qeydə alınacaq.

Yarışa qatılmaq üçün 18 yaşdan yuxarı şəxslər may ayının 1-dək Gənclik Mall, 28 Mall və Dəniz Mall-da quraşdırılmış xüsusi qeydiyyat məntəqələrinə, həmçinin www.marathon.az saytına müraciət edə bilərlər (ətraflı: www.marathon.az).

Qeyd edək ki, “Azercell Telekom” MMC 2017-ci ildən etibarən “Bakı Marafonu”nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda “Azercell Telekom” MMC-nin rəhbər heyəti, şirkətin əməkdaşları və korporativ abunəçiləri də iştirak edəcək. "Azercell" hər kəsi “Bakı Marafonu”na qatılmağa dəvət edir və bütün iştirakçılara uğurlar arzu edir!

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar