Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı nazirlərin milyonluq təhsil biznesləri - İnanılmaz rəqəmlər

Azərbaycanda fəaliyyət göstərən özəl orta məktəblərin ibtidai sinifləri üçün orta illik təhsil haqqı 10 000 manata (5 900 dollar) bərabərdir...

Dünyanın ən nəhəng məlumat bazalarından biri hesab olunan "numbeo"bildirir ki, bu, qonşu ölkələr arasında ən yüksək göstərici hesab olunur.

Açıqlanan məlumatlara görə, qonşu ölkələr arasında ən aşağı təhsil haqqı İranda qeydə alınıb. Bu ölkədə ibtidai siniflər üçün alınan orta illik təhsil haqqı 1 490 dollar təşkil edir. Sonrakı yerlərdə 1 950 dollarla Gürcüstan, 3 300 dollarla Ermənistan, 5 600 dollarla Rusiya, 5 700 dollarla Türkiyə qəralaşıb.

Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, təhsil haqqının yüksəkliyinə görə bizi qonşu ölkələr arasında "lider" edən özəl məktəblərin bir-çoxu Azərbaycanın indiki və sabiq nazirlərinə, həmçinin yüksək çinli məmurlarına məxsusdur.

Azərbaycanın təhsil haqqının yüksək olduğu özəl orta məktəblərindən biri "Avropa Azərbaycan Məktəbi"dir. Bu məktəbin sahibi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Məktəb 25.10. 2011-ci il tarixində "Avropa Azərbaycan Məktəbi" Təhsil Kompleksi" MMC adı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Amaliya Sezgin Mahal qızıdır. Nizamnamı kapitalı cəmi 20 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu Həsən Məcidov küçəsi ev 7C-də yerləşir. Bu məktəbdə illik təhsil haqqı 12 000 -15 500 manat arasında dəyişir.

İllik təhsil haqqı 6 000 - 8 000 manat arasında dəyişən "Bakı Beynəlxalq Təhsil Kompleksi"nin keçmiş Təhsil naziri Misir Mərdanova məxsus olduğu bildirilir. "Bakı Beynəlxalq Təhsil Kompleksi" MMC-nin qanuni təmsilçisi Misir Mərdanovun qızı Samirə Mərdanovadır. 05.09.2018-ci ildə dövlət qeydiyyatına alınan "Bakı Beynəlxalq Təhsil Kompleksi" MMC-nin Nizamnamı kapitalı 500 manat təşkil edir. Hüquqi ünvanı Yasamal rayonu Mətbuat prospekti ev 54-də yerləşən məktəb 2018-ci ildən fəaliyyət göstərir. Məktəblə bağlı maraqlı məqamlardan biri odur ki, "Bakı Beynəlxalq Təhsil Kompleksi" MMC rəsmi dövlət qeydiyyatına alınmazdan əvvəl məktəbə şagir qəbulu elan edib. Üstəlik "Bakı Beynəlxalq Təhsil Kompleksi" MMC-nin binasının istismarına 26.07.2019-cu il tarixində rəsmi icazə verilib. Amma görünən odur ki, məktəb binanın istismara verilməsindən 2 il əvvəl fəaliyyətə başlayıb.

Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov nazir işlədiyi dövürdə həyat yoldaşının adına rəsmiləşdirdiyi "Qərb Universiteti Tam Orta Məktəbi" MMC -də illik təhsil haqqının orta hesabla 5000 manat təşkil etdiyi bildirilir. Məktəbin hüquqi ünvanı Səbail rayonu İstiqlaliyyət küçəsi ev 27-də yerləşir. Nizamnamə kapitalı isə cəmi 10 manatdır.

Həyat yoldaşının adına məktəb olan yüksək vəzifəli şəxslərdən biri də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovdur. Sabiq şövbə müdirinin həyat yoldaşı Sona Vəliyevanın qanuni təmsilçi olduğu "Kaspi Edaucation" MMC-nin Nizamnamə kapitalı 20 manat təşkil edir. MMC 10.05.2012-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı isə Səbail rayonu Fikrət Əmirov küçəsi ev 1 ünvanında yerləşir. Onu da bildirək ki, Kaspi Litseylərində təhsil haqqı 7000-8000 manat arasında dəyişir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Ən çox oxunanalar