Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı futbolçunu öldürən ermənilər cəzalandırılacaq


“Mən əminəm ki, ölümlə nəticələnən bu cinayətin üstü açılacaq”


Azərbaycan Ombudsmanı Elmira Süleymanova Rusiyanın Sverdlovsk vilayətində İnsan Hüquqları üzrə Müvəkkilinə aprelin 19-da Yekaterinburq şəhərində “Neftçi” komandasının keçmiş futbolçusu Emil Hüseynovun milliyyətcə erməni olan bir qrup şəxs tərəfindən vəhşicəsinə öldürülməsi faktı ilə bağlı müraciət edib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, qətlin səbəbləri və xüsusatları barədə daxil olmuş ilkin məlumatlar və insan hüquqlarının təmin edilməsi üzrə ikitərəfli müqavilə çərçivəsində təsisatlar arasında əməkdaşlıq münasibətlərinə istinad edən Elmira Süleymanova RF Sverdlovsk vilayətinin Ombudsmanı T.Q.Merzlyakovaya müraciətində qeyd olunmuş cinayətin operativ və obyektiv araşdırılmasını, cinayətkarların müəyyən edilərək cəzalandırılmasını, Sverdlovsk vilayətində yaşayan soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməsini xahiş edib.

Daxil olmuş cavab məktubunda bildirilib ki, Ombudsman E.T.Süleymanovanın müraciəti ilə bağlı qeyd olunmuş cinayətin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün zəruri tədbirlər görülüb. Belə ki, T.Q.Merzlyakovanın xahişi ilə RF Baş prokurorunun Ural federal dairəsi üzrə müavini Y.A.Ponomaryov Azərbaycan Respublikası Milli Məclisinin deputatı M.Y.Zabelini və Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulu S.M. Qasımovu qəbul edib və onlara cinayətin araşdırılması üzrə görülən tədbirlər barədə məlumat verib.

Həmçinin, Ombudsmanın müraciəti ilə bağlı T.Q.Merzlyakova şəxsən Sverdlovsk vilayətinin qubernatoru administrasiyasının rəhbərliyi, Yekaterinburq şəhərindəki Azərbaycan Respublikasının Baş konsulluğunun və Azərbaycan diasporunun rəhbərliyi ilə görüşüb. Onun RF Baş prokurorunun Ural federal dairəsi üzrə müavini Y.A.Ponomaryova etdiyi müraciəti nəticəsində məlum olub ki, ölüm faktı üzrə RF CM-nin 105.2-ci(xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə əsasən cinayət işi başlanılıb, cinayətin törədilməsində şübhəli şəxs saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib, istintaqın gedişi prokurorluğun xüsusi nəzarətindədir.

T.Q.Merzlyakova xüsusi olaraq bunları bildirib: “Mən əminəm ki, ölümlə nəticələnən bu cinayətin üstü açılacaq və cinayətkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar