Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Tacikistanı birləşdirən sabitlik...

Artıq Azərbaycan Cənubi Qafqazda lider ölkə olaraq qəbul edilir...

Azərbaycan təbii ehtiyatlarının zənginliyi baxımdan istər regionda, istərsə də qlobal aləmdə seçilir. Məhz buna görə də bir çox ölkələr Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Bu baxımdan Mərkəzi Asiya ölkəsi olan Tacikistan da Azərbaycanla əməkdaşlığı gücləndirmək, mövcud imkanlardan yararlanmaq üçün təkliflərlə çıxış edir. Prezident İlham Əliyevin aprelin 5-də Tacikistan Respublikasına dövlət səfəri zamanı qarşılıqlı əlaqələrin vəziyyəti və perspektivləri, habelə beynəlxalq və regional məsələlər müzakirə edilib. Prezident İlham Əliyev Tacikistanda mətbuata bəyanatına bildirib ki, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir: “Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı”.

Artıq Azərbaycan Cənubi Qafqazda lider ölkə olaraq qəbul edilir. Bir sıra layihələrdə Azərbaycan açar rolunu oynayır. Bu baxımdan Azərbaycanın qonşu Mərkəzi Asiyada, eləcə də Tacikistanda fəallaşması üçün geniş imkanlar var. İki ölkə arasında müxtəlif sahələr üzrə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın qurulması üçün intensiv addımlar atmaq mümkündür. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur: “Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir”. Bu gün mütəxəssislərin fikrincə, karbohidrogenlərdən təmiz “yaşıl enerji”yə keçid dövründə Azərbaycanın Tacikistanda su elektrik stansiyalarının tikintisinə yatırdığı investisiyalar hər iki tərəfin maraqlarına cavab verir. Həmçinin Azərbaycanın qlobal karbohidrogen bazarının aparıcı iştirakçılarından biri kimi həm Tacikistanda, həm də bütün Mərkəzi Asiyada su və enerji sektorlarının inkişafında mühüm rol oynaya biləcəyi qeyd olunur. Tacikistan maraqlıdır ki, elektrik enerjisinin Azərbaycan vasitəsilə avropalı alıcılara çatdırsın. Bununla yanaşı, Tacikistan Azərbaycanın neft emalı sektoruna aid təcrübəsindən də yarlmaq istəyir.

Bu gün Azərbaycanla Tacikistanın humanitar sahədə də əməkdaşlığının çox böyük perspektivi var. Bu mövzuya Prezident İlham Əliyev toxunaraq mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməlinin mövcud olduğunu vurğulayıb: “Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır”. Belə olan halda hər iki ölkənin keçmiş poeziya dostluğunu da bu gün inkişaf etdirib möhkəmləndirmək faydalıdır. Eyni zamanda keçmiş dahi mütəfəkkirlərimizin yaradıcılıq tarixinin öyrənilməsi humanitar əməkdaşlığı daha da gücləndirər. Qardaş ölkələrimizin alimləri arasında əməkdaşlıq üçün Böyük İpək yolunun tədqiqi də perspektivli sahədir.

Xatırladaq ki, Prezident İlham Əliyevin Tacikistana səfəri çərçivəsində dövlətlər arasında 14 sənəd imzalanıb. Prezident İlham Əliyevin aprelin 6-da başa çatan bu səfəri iki ölkə arasında çox yaxşı gələcəyin olacağından xəbər verir. Bu səfər istər beynəlxalq məkanlarda, istərsə də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq üçün imkanlar yaradacaq. Çünki səfərin uğurlu nəticəsi olaraq Azərbaycanla Tacikistanın birgə fəaliyyətinin sonrakı proqramı müəyyən ediləcək.

Nəbi Ağayev - K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar