Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın xarici dövlət borcu artıb


Hesablama Palatası rəqəmləri açıqladı


Azərbaycanın cari dövlət borcu ilin əvvəlindən 2,8% artaraq 2017-ci il iyulun 1-nə 7,1 mlrd. ABŞ dolları, adambaşına düşən xarici dövlət borcu da 2,8% artaraq 1 232,1 manat (təxminən 725 dollar) təşkil edib.

“Report” bu barədə borclu təşkilatların Hesablama Palatasına təqdim etdiyi operativ məlumatlara istinadən xəbər verir.

İyulun 1-nə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə ümumilikdə 11,2 mlrd. dollar məbləğində kredit sazişləri imzalanıb ki, bu da ilin əvvli ilə müqayisədə 285,4 mln. dollar və ya 2,6% çoxdur.

Borclu təşkilatların təqdim etdiyi operativ məlumatlara əsasən, həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 2017-ci ilin ilk 6 ayı ərzində 193,5 mln. dollar və ya 2,8% artaraq 7,1 mlrd. dollara çatıb. İstifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ÜDM-in 18,2%-nə bərabər olub.

Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibində 7,6% SDR-in (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüququ), 75,4% ABŞ dollarının, 13% avronun, 2,5% Yaponiya yeni, 1,5% isə digər valyutaların payına düşüb.

Məlumatda qeyd olunub ki, ölkəyə cəlb edilmiş kreditlərin 32%-ni sabit dərəcə ilə olan kreditlər, 68%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib.

Xarici dövlət borcunun 57,9%-i hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 38%-i 10-20 il müddətində, 4,1%-I isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun ayları ərzində dövlətin daxili borcu 431,4 mln. manat və ya 35,1% azalaraq 798,7 mln. manata düşüb. Təqdim olunmuş məlumatlara əsasən, daxili dövlət borcunun təqribən 303,3 mln. manatı, xarici dövlət borcu üzrə isə təqribən 549,0 mln. manatı şərti öhdəlik kimi qeydə alınıb

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar