Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın voleybol yığması Avropa çempionatına hazırlığın son mərhələsi üçün Maribora yollanır - Foto

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq planına uyğun olaraq bu gün Bakıdakı təlim-məşqlərini başa vurub

Federasiyadan verilən məlumata görə, Ataman Güneyligilin rəhbərlik etdiyi yığma paytaxtda təşkil olunmuş toplanış çərçivəsində 3 yoxlama oyunu keçirib. Voleybolçular Belarus seçməsi ilə hər üç görüşdə qələbə qazanıblar.

İyulun 28-dən avqustun 6-na kimi davam edən Bakı toplanışının II mərhələsində komanda bu gün son məşqini keçib. Voleybolçular hazırlığın son mərhələsi üçün avqustun 7-də Sloveniyanın Maribor şəhərinə yollanacaqlar və orada bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Avqustun 15-də isə milli birbaşa Avropa çempionatında qrup oyunlarının keçiriləcəyi Almaniyaya yola düşəcək.

Qeyd edək ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 15-də start götürəcək və sentyabrın 3-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türiyə, Çexiya, İsveç və Yunanıstan olacaq. Yığmanın oyunları Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

 
AVRO-2023
Oyunlarımızın təqvimi
C qrupu
18 avqust
22:00. Azərbaycan - Çexiya
19 avqust
22:00. Azərbaycan - Almaniya
20 avqust
22:00. Türkiyə - Azərbaycan
22 avqust
19:00. Azərbaycan - Yunanıstan
23 avqust
22:00. İsveç - Azərbaycan.

Fotolar

Poliqon.info 


Etiket: Voleybol


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar