Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın İsraildə səfirlik açmasına görə İran niyə narahat olur?

Ermənistanın İsraildə səfirliyinin olmasını normal qarşılayan İran Azərbaycanın İsraildə səfirlik açmasına niyə bu qədər ağrılı yanaşır?..

Politoloq: “İran öz yanlış və şovinist siyasətini təmizə çıxarmaq üçün belə bəyanatlar səsləndirir və bununla da Cənubi Qafqazda gərginliyə görə Azərbaycanı ittiham etməyə cəhd edir”.

“2020-ci il Vətən Müharibəsindən sonra, məhz İranın sərgilədiyi mövqe Azərbaycanı İsraildə səfirlik açmağa məcbur etdi. Ona görə də Tehran Bakını ittiham etməli deyil, öz siyasətini dəyərləndirib nəticə çıxarmalıdır”.

Bu sözləri politoloq Azər Qasımov Azərbaycanın İsraildə səfirlik açmasının İranda ciddi reaksiyalar yaratmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanın İsraildə səfirlik açması İranda ciddi reaksiyalar yaradıb. İrandan belə fikirlər səsləndirilir ki, Azərbaycanın bu addımı Cənubi Qafqazda gərginliyin artmasına və uzun illər boyu regionda sabitliyin yaranmasına əngəl olacaq.

Ermənistanın İsraildə səfirliyinin olmasını normal qarşılayan İran Azərbaycanın İsraildə səfirlik açmasına niyə bu qədər ağrılı yanaşır və Bakının Təl-Əvivlə diplomatik münasibətlər qurması Cənubi Qafqazın geosiyasi vəziyətinə hansı təsirlər göstərə bilər?

İranın Azərbaycana qarşı növbəti addımını PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “İran öz xislətinə uyğun türk düşmənçiliyi mövqeyini gizlətmək, regionda stabillik və inkişaf meyllərini yönəlik addımları bloklamaq üçün bəhanə axtarır”.

Bundan sonra Azərbaycanın İsraillə diplomatik əlaqə qurmasının və bu əlaqələrdən necə istifadə etməsinın Azərbaycan-İsrail dövlətlərinin daxili işi olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, kiminsə buna qarşı çıxması onun özü üçün yaxşı nəticə verməyəcək:

İran rejiminin Azərbaycanın İsraildə səfirlik açmasından duyduğu narahatlıq ilk növbədə Tehranın yürütdüyüsiyasətlə bağlıdır. Hesab edirəm ki, İranın Cənubi Qafqazda yürütdüyü destruktiv siyasət belə bir narahatlığın yaranmasına səbəb olur. İran öz yanlış və şovinist siyasətini təmizə çıxarmaq üçün belə bəyanatlar səsləndirir və bununla da Cənubi Qafqazda gərginliyə görə Azərbaycanı ittiham etməyə cəhd edir.

İran rejimi heç bir zaman Azərbaycana qarşı səmimi qardaşlıq hissləri duymayıb. Daha doğrusu Tehran bu hissləri Ermənistana qarşı duyub. Əgər bu 30 ildə İran Ermənistanın işğalçı siyasətini dəstəkləməsəydi, nə indiki hadisələr baş verərdi, nə də Ermənistanın bir dövlət kimi mövcudluğu qalardı. Ermənistan dövlətibu gün var oluşuna görə Rusiyadan daha çox İrana minntədar olmalıdır.

Bu məsələnin tarixçəsi hamının gözü önündə olub. Azərbaycan ilk növbədə İran narahat olmasın, deyə az qala strateji müttəfiqlik səviyyəsində olan İsraillə diplomatik əlaqə yaratmaq istiqamətində diqqətli davranır, İsrailin Bakıda səfirlik açmasına baxmayaraq on illərdir ki, Tel-Əvivdə səfirlik açmırdı. Amma İran buna qiymət vermədi və açıq şəkildə Ermənistanı dəstəkləmək xətti yürütdü. Belə olduğu halda və 2020-ci il Vətən Müharibəsindən sonra, məhz İranın sərgilədiyi mövqe Azərbaycanı İsraildə səfirlik açmağa məcbur etdi. Ona görə də Tehran Bakını ittiham etməli deyil, öz siyasətini dəyərləndirib nəticə çıxarmalıdır.

Əslində, bu məsələ İranla yanaşı İslam dünyasının da reaksiyasına görə uzadılırdı, amma görünən o oldu ki, Azərbaycanın səfirlik açılmasına İrandan başqa heç bir İslam ölkəsi mənfi fikir bildirmədi. Ümumiyyətlə, reaksiya göstərmədi. Əslində İslam dünyası Azərbaycanın bu məsələdə yanında olduğunu reaksiya göstərməməklə dolayısı ilə qəbul etdiyini isbat etdi. Bütün İslam dünyası İrandan fərqli olaraq yaxşı bilir ki, Azərbaycanın bu siyasəti heç bir dövlətə qarşı yönəlməyib və bu, sadəcə iki ölkə arasında olan normal sivil münasibətlərdir. Qarşılıqlı mənfəət və inkişafa yönəlik addımlardır.

Azər Qasımov: “Geosiyasi baxımdan Tel-Əvivin Bakı ilə diplomatik əlaqələr qurması Cənubi Qafqazın siyasi vəziyyətinə tarazlıq gətirəcək və balanslaşdırıcı təsir göstərəcək”.

Təbii ki, İran öz xislətinə uyğun türk düşmənçiliyi mövqeyini gizlətmək, regionda stabillik və inkişaf meyllərini yönəlik addımları bloklamaq üçün bəhanə axtarır. Buna da İsraillə olan düşmənçiliyini əsas gətirib Azərbaycana qarşı təhdidlər yağdırır.

İranın ikiüzlü və xain siyasətinin məntiqi əslində yalan üzərində qurulub. Azərbaycan İranın Ermənistanın torpaq bütünlüyünə göstərdiyi həssaslığı müəyyən mənada qəbul edə bilər. Biz fikirləşərək ki, İran regionda onların dediyi kimi sərhəd dəyişməsi ilə əlaqəli gərginlik yaranmasını istəmir və ona görə bu mövqedən çıxış edir. Əslində bu, normal qəbul edilə bilər. Ancaq məsələ ondadır ki, İran 30 il müddətində Azərbaycan sərhədinin işğal olunmasına niyə göz yumdu. İşğal olunmuş ərazilərdə İran Ermənistanla hər cür. Qanuni və qanusuz əlaqələrə girdi. Bu hansı məntiqə sığır? Niyə İran o zaman qırmızı xətdən danışmırdı?

Azərbaycan dəfələrlə bəyan edib ki, imkan verməyəcək ki, üçüncü tərəf Azərbaycan ərazisini İrana qarşı istifadə etsin. Bunu İranda da yaxşı bilirlər. Amma İranın Azərbaycana qarşı siyasəti heç zaman səmimi olmayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra. İlk günlərdən başlayaraq Tehran İrəvanla açıq hərtərəfli əlaqələr qurur və eyni siyasəti Azərbaycana qarşı sərgiləməyib. Biz bunu uzun illərdir müşahidə edirik.

Azərbaycan son illərə qədər İrana qarşı şox səbrli davrandı. Lakin hər şey bir yerə qədər mümkündür. Bundan sonra Azərbaycanın İsraillə diplomatik əlaqə qurması və bu əlaqələrdən necə istifadə etməsi Azərbaycan-İsrail dövlətlərinin daxili işidir. Kimsə buna qarşı çıxması onun özü üçün yaxşı nəticə verməyəcək.

Azər Qasımov: “İranın ikiüzlü və xain siyasətinin məntiqi əslində yalan üzərində qurulub”.

İsrail Orta Şərqin müxtəlif sahələrdə ən inkişaf etmiş ölkəsidir. İslam dünyasının bir çox ölkəsi İsraillə əməkdaşlığa can atır və əməkdaşlıq da edir. Əsas məsələ İsrailə olan münasibətdə hansı ölkənin İsrailə necə yanaşması məsələsidir.

Azərbaycan İsrailə kiməsə qarşı müttəfiq kimi yox, regionun inkişafı üçün töhfə verə biləcək tərəfdaş kimi baxır. Rəsmi Bakı İsrailin əldə etdiyi müxtəlif sahələrdəki elmi-texniki inkişafdan yararlanması mümkün olan ölkə kimi baxır və ona görə də Cənubi Qafqaz regionunda fəaliyyətinin genişlənməsini istəyir.

Geosiyasi baxımdan Tel-Əvivin Bakı ilə diplomatik əlaqələr qurması Cənubi Qafqazın siyasi vəziyyətinə tarazlıq gətirəcək və balanslaşdırıcı təsir göstərəcək. Bu həm də destruktiv siyasət yürütmək istəyən region ölkələri üçün çəkindirici faktor ola bilər”.

Nəriminə UMUDLU
pia.az


Etiket: Səfirlik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

İsrail İranın hücumlarına cavabla bağlı ABŞ-la məsləhətləşəcək

Ən çox oxunanalar