Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası - Görüntülər

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb...

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun arxasında Tehran hakimiyyətinin dayandığını təsdiqləyən çoxsaylı faktlar var. Şübhələri İran üzərinə çəkən ən əsas məqamlardan biri isə videogörüntülərdir.

“Report”un əldə etdiyi məlumata görə, yanvarın 27-də səhər saat 8:36-ya qədər terrorçu səfirliyin binasında olub və içəridə qarşıdurma yaranıb. 4 dəqiqədən sonra, yəni 8:36-da o, binadan çıxarılıb.

Saat 8:37-dən saat 8:44-ə kimi terrorçu avtomatla qapılara atəş açıb və kuvaltla qapını açmağa səy göstərib. Silahlı şəxs 8:45-də qapını açıb yenidən içəri daxil olub. Daha sonra terrorçu növbəti dəfə çölə çıxarılıb.

Saat 8:50-də o, səfirliyin avtomobilini yandırıb. Ətrafa xeyli insan toplanıb.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan səfirliyinin önündə olan köşkdən çıxan İran polisi əvvəlcə heç nə etmir, sonra isə çıxıb gedir.

Başqa bir diqqət çəkən məqam çölü çəkən kameraların real vaxtdan 34 dəqiqə geri qalmasıdır. Buna görə də kameralardakı görüntülər üst-üstə düşmür. Hücumda ən çox diqqət çəkən məqam səfirlik əməkdaşının qəhrəmanlığı və polisin səhlənkarlığıdır.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar