Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın I vitse-prezidenti UNESCO-nun baş direktoru ilə görüşüb



Azərbaycanın I vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə UNESCO-nun baş qərargahında təşkilatın baş direktoru Odre Azule ilə görüşüb


APA-nın məlumatına görə, UNESCO-nun baş direktoru Odre Azule Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Koişiro Matsuuranın 80 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə iştirakına görə minnətdarlığını bildirib. 

Qeyd edib ki, bu tədbir Koişiro Matsuuranın 80 illiyi ilə yanaşı, ümumiyyətlə, UNESCO-nun missiya, məqsəd və fəaliyyətini təcəssüm etdirir.
 
Baş direktor Odre Azule bu vəzifəyə seçiləndən sonra Azərbaycanla UNESCO arasındakı münasibətlərin zəngin tarixini daha dərindən öyrəndiyini və ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. O, fəaliyyəti dövründə də ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini bildirib.
 
M. Əliyeva Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”ndən söz açaraq, bu il həmin prosesin 10 illiyinin qeyd olunduğunu vurğulayıb. Birinci vitse-prezident bildirib ki, 2019-cu ildə Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Son illər ərzində Azərbaycan bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi, həmçinin təhsil, elm və mədəniyyət sahələrində müxtəlif layihələrdə iştirakı ilə UNESCO-nun təşəbbüsləri və fəaliyyətinə böyük töhfələr verib.
 
Mehriban Əliyeva Azərbaycan mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasına görə təşəkkürünü bildirib.
 
Birinci vitse-prezident Mehriban Əliyeva bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ötən 100 il ərzində Azərbaycan bir çox nailiyyətlər əldə edib. Bunlardan ən vacibi qadınlara seçib-seçilmək hüququnun verilməsidir ki, bu da UNESCO-nun məqsəd və məramlarına, mandatına uyğun məsələdir. Bununla əlaqədar bu il ərzində UNESCO ilə birgə tədbirlərin təşkili nəzərdən keçirilib. Baş direktor Odre Azule nəzərdə tutulan tədbirlərin keçirilməsinə dəstək verəcəyini bildirib. O vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması və əldə edilən nailiyyətlər təqdirəlayiqdir.
 
Birinci vitse-prezident Mehriban Əliyeva baş direktor Odre Azuleni Azərbaycana səfərə dəvət edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar