Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ehtimal antiterror əməliyyatı və Rusiyanın Bakıya müharibə açmaq lüksü...

Azərbaycanın antiterror əməliyyatı keçirməsi Rusiya tərəfindən hansı reaksiyaya səbəb ola bilər?..

Politoloq: “Azərbaycanın artıq növbəti “Qisas” əməliyyatını keçirməsi üçün istənilən zəmin var”.

Rusiyanın 2008-ci ildə Gürcüstana olan reaksiyası ilə Azərbaycana olan reaksiyası eyni deyil. Çünki Rusiya-Azərbaycan münasibətləri Rusiya-Gürcüstan münasibətləri qədər heç vaxt tarana çəkilməyib”.

Bu sözləri politoloq Tural İsmayılov Azərbaycanın Qarabağda qanunsuz silahlı dəstələrə qarşı antiterror əməliyyatı keçirməsi müzakirəsini Poliqon-a şərh edərkən qeyd edib.

Son günlər Azərbaycanın Qarabağda qanunsuz silahlı dəstələrə qarşı antiterror əməliyyatı keçirməsi müzakirə obyektidir. Bu müzakirələrin fonunda, daha doğrusu Azərbaycanın qanuni tələbləri qarşısında aciz qalan Rusiyada da narahatlıq hiss olunmaqdadır.

Azərbaycanın Qarabağın sülhməramlıların nəzarətində olan ərazidə qanuni olaraq geniş miqyaslı antiterror əməliyyatı keçirilməsi Rusiya tərəfindən hansı reaksiyaya səbəb ola bilər? Bu reaksiya 2008-ci ildə Rusiyanın Gürcüstana olan reaksiyasına adekvat ola bilərmi və hazırda Moskvanın Bakıya faktiki müharibə elan etmək lüksü varmı?

Hazırkı Rusiya-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Moskvanın faktiki olaraq Bakıya hansısa bir formada müharibə elan etmək lüksü ola bilməz”.

Antiterror əməliyyatlarının istər Rusiya, istərsə də Ermənistanı dəstəkləyən bir çox qüvvələr tərəfindən növbəti dəfə Azərbaycan əleyhinə bir siyasi şou kampaniyasına çevrilə biləcəyini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu ölkələrin qeyri-adektiv və bəlli olmayan mövqelərinə, eyni zamanda ölkəmizə qarşı aparılan çirkin informasiya savaşlarına baxmayaraq, biz öz hədəflərimizə nail olacağıq:

“Əlbəttə, Azərbaycanın artıq növbəti “Qisas” əməliyyatını keçirməsi üçün istənilən zəmin var. Çünki Azərbaycan hər zaman sülhə və eyni zamanda bölgədə gərginliyin olmamasında maraqlıdır. 30 il ərzində də sülhün əsas müdafiəçisindən biri kimi tanınırdı. Lakin ölkəmizin sülhpərvər, tolerant mövqelərinə rəğmən qarşı tərəf hər zaman vəziyyəti gərginləşdirməyə çalışırdı.

Son dövrdə Azərbaycanın sistematik şəkildə sülhlə bağlı çağırışlarına rəğmən, özəlliklə rus sülhməramlılarının təhriki ilə qanunsuz erməni birləşmələrinə silah-sursat daşındığını görürük. Eyni zamanda bu silah-sursatla yanaşı, biz görürük ki, Xankəndi ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin qarşısını almağa çalışırlar. Özəlliklə sülhməramlılar nə qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı, nə də digər məsələlərlə bağlı hansısa bir addımlar atmırlar.

Tural İsmayılov: “Azərbaycan heç bir zaman öz ərazilərindən silahlı terror birləşmələrinin qalmasına göz yuma bilməz”.

Təbii ki, bütün bunlar ölkəmizin səbrinin daşmasına səbəb olur. Azərbaycan heç bir zaman öz ərazilərindən silahlı terror birləşmələrinin qalmasına göz yuma bilməz. Antiterror əməliyyatları istər Rusiya, istərsə də Ermənistanı dəstəkləyən bir çox qüvvələr tərəfindən növbəti dəfə Azərbaycan əleyhinə bir siyasi şou kampaniyasına çevrilə bilər. Ancaq bu ölkələrin qeyri-adektiv və bəlli olmayan mövqelərinə, eyni zamanda ölkəmizə qarşı aparılan çirkin informasiya savaşlarına baxmayaraq biz öz hədəflərimizə nail olacağıq.

Rusiyanın 2008-ci ildə Gürcüstana olan reaksiyası ilə Azərbaycana olan reaksiyası eyni deyil. Çünki Rusiya-Azərbaycan münasibətləri Rusiya-Gürcüstan münasibətləri qədər heç vaxt tarana çəkilməyib. Bu baxımdan Moskvanın faktiki olaraq Bakıya hansısa bir formada müharibə elan etmək lüksü ola bilməz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Ən çox oxunanalar