Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın bank sektorunda yeni problem

"Rusiyanın bank-maliyyə sektoruna tətbiq olunan sanksiyaların, xüsusilə ölkənin 10-dək ən iri bankının SWIFT-dən uzaqlaşdırılmasının Azərbaycanın bank sektoruna təsirləri barədə analiz aparmaq çox çətindir".

PİA.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib.

"Əsas səbəb odur ki, məlumat qıtlığı var. Ölkədə informasiya qapalılığı biznesin də canına hopub" - deyə, ekspert əlavə edib.

R. Ağayev qeyd edir ki, milli bank sektorumuzun Rusiyanın üzləşdiyi sanksiyalardan təsirlənməməsi imkansızdır: "Ən azından çox sadə səbəbdən ki, 3-5 bankı çıxmaq şərtilə yerdə qalan bütün bankların müxbir hesabları Rusiya banklarında idi.

Səbəbinə gəldikdə, hələ 3-4 il əvvəl bank sektorunda işləyən 2 ayrı dostdan eşitmişdim ki, FATF tələblərinə uyğun gəlmədiyinə görə Azərbaycan banklarının əksər hissəsi AvropaABŞ banklarındakı müxbir hesabları aça bilmirdilər, hətta mövcud hesablar da bağlanırdı. Bizim bankların Rusiya banklarında müxbir hesabının olması o deməkdir ki, azərbaycanlı fiziki və hüquqi şəxslərin dünya ilə hesablaşmaları, VİSA və Mastercard kimi ödəmə kartlarından istifadə məhz Rusiyadakı müxbir hesablar sayəsində mümkündür. Yəni rus bankları vasitəçi bank kimi bizə ordakı müxbir hesablar üzərindən klirinq xidmətləri göstərir.

Bildiyim qədər Azərbaycan bank sektorunda üstün paya malik banklardan yalnız Beynəlxaql Bankın bilavasitə AvropaABŞ banklarında müxbir hesabları var. Belə hesabları olan 3-4 bankın adı isə ölkənin bank sektorunda ən böyük paya malik olan ilk 5 bank arasında yoxdur".

R.Ağayev hesab edir ki, Rusiyaya qarşı sanksiyalar uzun sürərsə, Azərbaycanda banklararası müştəri axını başlayacaq. Onun sözlərinə görə, biznes və sadə vətəndaşlar dollar və ya avro hesablarından, həmçinin beynəlxalq ödəniş kartlarndan istifadə üçün ABŞAvropada müxbir hesabları olan bankları seçməyə çalışacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

İlham Əliyev: Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir

İsrail İranın hücumlarına cavabla bağlı ABŞ-la məsləhətləşəcək

Ən çox oxunanalar