Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanı İslam koalisiyasına qoşulmaqdan çəkindirən səbəblər


Aydın Mirzəzadə: “Azərbaycan gələcəkdə bu koalisiyanın hansısa layihəsində iştirak etsə, heç vaxt digər ölkə ilə konfliktə qoşulmaq fikrində deyil”; Elxan Şahinoğlu: “Moskva Bakıya mesaj göndərir ki, koalisiyaya üzvlük məsələsində "min ölçün, bir biçin"


Azərbaycanın Səudiyyə Ərəbistanın terrorçuluğa, əsasən də İŞİD-ə qarşı mübarizə üçün İslam ölkələrindən ibarət yaratdığı İslam koalisiyasına üzv olub-olmaması məsələsi yenidən gündəmə gəlib. 

Qeyd edək ki, koalisiyada dünyadakı 57 müsəlman ölkəsindən 37-si iştirak edir. Yeni hərbi alyansın üzvləri bəyan ediblər ki, koalisiyanın lideri Səudiyyə Ərəbistanıdır və ər-Riyadda birgə operativ hərbi qərargah yaradılıb. Bu qərargah terrora qarşı birgə mübarizəni koordinasiya edəcək və dəstəkləyəcək.

İslam xalqlarını terror bəlasından” müdafiə etmək vəzifəsini qarşıya qoyan koalisiyadan Azərbaycana da dəvət gəlib. Mediada bu barədə yer alan xəbərlərə görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyirlə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında sözügedən mövzuda hələ ötən ilin dekabrında telefon danışığı olub. 

Səudiyyə naziri Azərbaycan tərəfinə dəvəti çatdırıb. Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də informasiya agentliklərinə açıqlamasında bildirib ki, nazirlərin telefon danışığında Azərbaycanın koalisiyaya qoşulması məsələsi müzakirə olunub. Artıq üzv ölkələrin hərbi qüvvələrindən ibarət İslam koalisiyasının böyük ordu kontingenti formalaşdırılır.

İki gün öncə isə Rusiya Xarici İşlər Nazirinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında bildirib ki, İslam koalisiyasına qoşulmaq haqqında qərar vermək Azərbaycanın suveren hüququdur: “Bu, Azərbaycanın suveren hüququdur. O ki qaldı Rusiyanın yeni yaradılan koalisiyalara münasibətinə, deyə bilərəm ki, bu günə kimi ABŞ-ın rəhbərlik etdiyi koalisiya mövcud olub. Yeni koalisiyanın yaradılması hansı ehtiyacdan irəli gəlir, məlum deyil. Yeni koalisiyanın yaradılması proses xatirinə prosesdir”.

Zaxarovanın bu bəyanatı səsləndirdiyi gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər naziri ilə Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, terrorla mübarizə çox mühümdür və hazırda koalisiyasında iştirakı məsələsinə baxır. Lakin hələlik bununla bağlı qərar verilməyib.



Bəs, Azərbaycanın İslam koalisiyasına indiyədək qoşulmaması nə ilə bağlıdır?
YAP-ın şöbə müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, İslam koalisiyası hələ tam formalaşmayıb. Azərbaycan buna görə hələ ki gözləyir. Əgər İslam koalisiyası hərbi bloka çevrilərsə və ya hərbi bloku mahiyyəti daşıyarsa, hüquqi cəhətdən Azərbaycan onun üzvü ola bilməz: “Çünki Azərbaycan bloklara qoşulmayanlar hərəkatının üzvüdür. Amma İslam koalisiyasının ayrı-ayrı layihələrində iştirakı mümkündür. Necə ki, Azərbaycan İraqda, Kosovoda, Əfqanıstanda sülhməramlı qüvvələrin tərkibində iştirak edib. Bu şəkildə ayrı-ayrı əməliyyatlarda və Azərbaycanın iştirakı tamamilə mümkün olan məsələdir. Yəni Azərbaycan İslam koalisiyası məsələsini diqqətdə saxlayır. Azərbaycanı özünə dost olan müsəlman ölkələrinin bu məsələdə təcrübəsindən öyrənir və hesab edirəm ki, əməkdaşlıq mümkündür. Ancaq təşkilati formada qoşulmaq isə hədəfdə deyil”.

Azərbaycan İslam koalisiyasına təşkilatçı formasında rəsmi üzv olmasa da koalisiyanın ordusuna məsələn, bir hərbi bölük göndərə bilərmi” sualına A.Mirzəzadə belə cavab verdi: “Bu, həmin qurumun üzvü olmaq demək olardı. Fərqi yoxdur ora sən böyük bir korpus, yoxsa kiçik bir bölük göndərəcəksən, göndərdin isə təşkilatçı üzv olursan. Hələ ki Azərbaycan İslam koalisiyasında nə təşkilati, nə də hərbi intizam formasında iştirak etmir. Amma öyrənilir və gələcəkdə onun müəyyən layihələrində iştirak edilməsi mümkün deyil”.

Azərbaycanın Rusiyaİranla münasibətlərinin korlanmasından çəkinərək Səudiyyə Ərəbistanının layihəsi olan İslam koalisiyasına qoşulmadığı barədə deyilənlər nə dərəcədə əsaslıdır” sualını isə deputat belə cavablandırdı: “Bu iddiada əsas yoxdur. İslam koalisiyasının yaradılmasında hansısa konkret bir ölkə istiqamət hədəf göstərilmir. 

Söhbət terrora qarşı birgə mübarizədən gedir. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, Azərbaycan hələ ki həmin koalisiyaya qoşulmadığına görə, onun hər hansı bir bəyanatına və hərəkətinə məsuliyyət daşımır. Azərbaycan gələcəkdə bu koalisiyanın hansısa layihəsində iştirak etsə və bərabərhüquqlu üzvü olarsa, heç vaxt hansısa bir ölkənin digər ölkə ilə konfliktinə qoşulmaq fikrində deyil. Azərbaycanın Ermənistandan başqa bütün ölkələrlə xoş münasibəti var”.



Politoloq Elxan Sahinoglu isə Rusiyanın XİN sözçüsünün dili ilə Azərbaycana diplomatik formada mesaj göndərdiyini düşünür: “Daxili işlərə qarışmaq necə olur? Rusiya XİN sözçüsü Mariya Zaxarova mətbuat konfransında bir tərəfdən deyib ki, islam koalisiyasına üzv olub-olmamaq Azərbaycanın müstəsna hüququdur, yəni guya demək istəyib ki, rəsmi Bakının istənilən qərarına hörmətlə yanaşacaqlar. Ancaq Zaxarovun cümləsinin ikinci hissəsi də var. Orada deyilir ki, İslam koalisiyasının məramı və məqsədi bəlli deyil. Moskva Bakıya mesaj göndərir ki, "baxın ha! İslam koalisiyasına üzvlük məsələsində min ölçün bir biçin".

Qeyd edək ki, dekabrın 15-də Səudiyyə Ərəbistanı terrorçuluğa qarşı mübarizə məqsədi ilə islam ölkələrindən ibarət koalisiya formalaşdırdığını bəyan edib. Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyində yer alan məlumata görə, koalisiyaya Yaxın Şərq və Fars körfəzi ölkələri, habelə Malayziya, Pakistan, Türkiyə və bir sıra Afrika ölkələri daxildir. İran isə koalisiyaya cəlb olunmayıb. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar