Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycandan başqa antibiotiklərin reseptsiz satıldığı ölkə tanımıram”

Satılan antibiotiklərin tərkibinə də ciddi nəzarət etmək lazımdır

Azərbaycandan başqa antibiotiklərin reseptsiz satıldığı ölkə tanımıram. Dünya reseptsiz antibiotik almaq mümkün deyil. Avropada olan zaman ailə üzvlərimdən birinə antibiotik lazım idi, nə qədər etdimsə, ala bilmədim. Bazar gününə təsadüf edirdi deyə, həftənin birinci gününü gözlədik ki, gedək resept alaq. Antibiotiklərlə belə davranmaq son dərəcə təhlükəlidir”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, antibiotiki lazım oldu-olmadı istifadə etmək təhlükəlidir: “Tibb sahəsi ilə bağlı çıxan məqalələrə diqqət etsəniz, görərsiniz ki, antibiotiklərin, hətta insanların genetik aparatına təsir edərək müəyyən mutasiyalar yaratması barədə məlumatlar var. Bunun üçün ciddi nəzarət etmək lazımdır”.

Ə.Əmiraslanov qeyd edib ki, satılan antibiotiklərin tərkibinə də ciddi nəzarət etmək lazımdır.(report)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar