Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandakı “Facebook” istifadəçiləri ilə bağlı gözlənilməz rəqəmlər

2019-cu ilin dekabr ayında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı noyabr ayı ilə müqayisədə 13,7 faiz bəndi azalıb...

“Global Stats” statistika mərkəzininn verdiyi məlumata görə, yanvarın 1-nə “Facebook”un Azərbaycanın sosial media bazarında payı 38,5% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 6,9 faiz bəndi azdır.

Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə “Instagram” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı 2019-cu ilin dekabr ayı ərzində 6,4 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin yanvarın 1-nə 16,6% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 9,5 faiz bəndi çoxdur.

2019-cu ilin dekabr ayı ərzində ölkə üzrə “Pinterest” şəbəkəsinin istifadəçilərinin fəallığı 5,7 faiz bəndi artıb. 2020-ci ilin yanvarın 1-nə olan məlumata görə, “Pinterest" Azərbaycan sosial media bazarında 16,1% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: “Twitter” – 13,74%, “YouTube” – 10,07%, “Google+” – 2,07%, “VKontakte” – 1,35% və s. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Ən çox oxunanalar