Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda viruslu hepatitlərə yoluxma halları azalıb


Dünyada hepatit xəstəliyinə tutulma hallarının artımına baxmayaraq, Azərbaycanda bu sahədə olan vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşıb


Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, həyata keçirilən tədbirlər, o cümlədən əhali arasında aparılan maarifləndirmə, təbliğat işləri, səhiyyə müəssisələrində təhlükəsizlik və digər addımlar sayəsində ölkədə viruslu hepatitlərə yoluxma halları illər üzrə müqayisədə aşağı düşüb.

Hepatit xəstəliyinin müayinə və müalicəsi, həmçinin ondan qorunma istiqamətində ölkədə vəziyyətin yaxşılaşdırılması məqsədilə Səhiyyə Nazirliyində Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya yaradılıb. Həyata keçirilən tədbirlər çərçivəsində hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilmiş, şəhər, rayon tibb idarə və müəssislərinin rəhbərlərinə virus hepatitli xəstələrin planda qeyd olunmuş müayinələrin nəticələrinə əsasən komissiyaya göndərilməsinə dair tapşırıqlar verilib.

Komissiyanın rəyi əsasında virus hepatitli xəstələrin müvafiq dərman preparatları ilə və eləcə də müəyyən edilmiş tibb müəssisələrinin lazımi avadanlıqlarla təminatı ilə bağlı tədbirlər həyata keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar