Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda toy məsələsi yığışdırılmalıdır!"

Son günlər ölkəmizdə gizli keçirilən toylarla bağlı qalmaqallar səngimir. Bəzi vətəndaşlar karantin rejimi olmasına baxmayaraq ölkədə gizli toy məclislərinin keçirməyə davam edirlər.

Yenisabah.az-a mövzu ilə bağlı danışan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu qeyd edib ki, gizli şəkildə toy, yas mərasimləri keçirənlər birmənalı şəkildə cəzalandırılmalıdır:

“Hesab edirəm ki, hələ ki, bu cür toylara icazə vermək olmaz. Çünki xəstəlik hələ ki, davam edir və yoluxanlar artır. Toy edənlər başa düşməlidir ki, onun dəvət etdiyi şəxslərdən beşi də, üçü də, lap biri də ölsə, bu, onun üçün başıaşağılıqdır. Belə vəziyyətdə toy etmək olmaz, hazırda bütün dünya necədirsə, biz də elə olmalıyıq. Hər ölkədə bu xəstəlik bir cür inkişaf edir, bizdə isə artma müşahidə olunur. Bu qədər yoluxma sayını görə-görə gizli toy edənləri mən bağışlamıram. O toydan çıxan xəstə özündən başqa azı 20 nəfəri də yoluxdurur, bunu başa düşmürsünüz?! Nikahdan sonra evdə adi yığıncaq etmək olar. Başa düşürəm ki, çox adam toy edir ki, pul yığıb cehiz alsın və s. Cehiz almasınlar. Öz həyatını, qohumlarının, yaxınlarının, dostlarının həyatını təhlükəyə atmaqdansa, evdə 10 nəfər yaxının iştirakı ilə yığıncaq keçirmək daha məntiqlidir. Bundan qabaq toy var idi, ay başınıza dönüm? Biz hamımız evlənmişik, guya böyük toy eləmişik? Xeyr, 10-20 nəfərlik kampaniya edib ərə getmişik. Bu toy vacibdirmi? Eləməsinlər. Elə bilsinlər ki, müharibədir. Fikrimcə, toy məsələsi yığışdırılmalıdır, düz edib cərimələyirlər".

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar