Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qanunsuz ov edən əcnəbilər ölkədən xaric edilə bilərlər

“Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə ov icazəsi dövlətimizin qanunlarından və beynəlxalq konvensiyalardan irəli gəlir”...

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook”da canlı yayımlanan “Ekspert saatı”nda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, onların da digər Azərbaycan vətəndaşları kimi qanunlara riayət etmək şərti ilə ov etmək hüququ var:

“Onlar ov qaydalarına riayət edilmədikdə müvafiq qaydada cərimələnir, İnzibati Xətalar Məcəlləsinə görə, dəymiş ziyan min manatı ötərsə, Cinayət Məcəlləsinə uyğun qaydada tədbir görülür. Gələcəkdə həmin əcnəbi şəxslərin daxil olduğu ölkənin qanunlarını pozması səbəbindən ölkədən xaric olunması ilə bağlı müvafiq orqanlara müraciət edirik. Gələcəkdə onların bu hüquqlarının məhdudlaşdırılması, təkrarən ov fəaliyyətinə buraxılmaması məsələsi də nəzərə alınır”.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev isə bildirib ki, bu işlər koordinasiyalı şəkildə həyata keçirilir:

“Əgər qanunu pozanlar olursa, əcnəbi və ya onlar üçün müraciət edən şirkətlərə növbəti dəfə ov icazəsi verilmir. Qeyd edim ki, ovçuluqla bağlı bizim vətəndaşların qaydaları pozması faktına daha çox rast gəlinir. Son illərin göstəricilərinə əsasən, qayda pozuntularının 10 faizi əcnəbilərin payına düşür”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar