Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qadağalar geri qayıdır - Açıqlama

Bildiyiniz kimi, Şəki şəhərində "Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan 12 nəfərin virusa yoluxduğu aşkar edilib. Bu səbəblə bazar 3 günlük bağlanıb.

Bazar, kafe-restoran, geyim dükanları və başqa bunun kimi insanların sıx toplandığı yerlərdə virusa yoluxma riski daha çoxdur. Belə məkanlarda insanlar sosial məsafə saxlamalı və qoruyucu maskadan istifadə edilməlidir. Əks halda qapalı məkanlar yoluxmanın artmasında yardımcı vasitəyə çevrilə bilər.

Dünya təcrübəsində də görürük ki, sərt karantin rejimini ləğv edən, virusa ciddi yanaşmayan bəzi ölkələr yenidən infeksiya ocağına çevrilirlər. Bəs, bu risk ölkəmiz üçün də keçərlidir? Karantin rejiminin yumuşaldılması nəticəsində insanların sıx toplaşmağa başlaması, əsasən də qapalı məkanların bu toplaşmaların mərkəzinə çev ,rilməsi koronavirusa yoluxmanı artıra bilərmi?

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl bu hal virusa yoluxmanı yenidən artıra bilər: "Əlbəttə, sosial məsafəni gözləməmək, qoruyucu maskadan istifadə etməmək virusun yayılmasının artmasına səbəb ola bilər. Bu da yenidən sərt karantin rejiminə keçməyə imkan yaratmaq deməkdir. Görülən tədbirlər virusa yoluxma hallarının sürətini və nisbətini azaltmaq üçündür. Əgər hər hansı müalicə, peyvənd tapılmasa, hələki bu virus bizimlə yaşamağa davam edəcək”.

İnsanların səbirsizliklə gözlədiyi toyların nə vaxt və hansı formada keçiriləcəyi barədə də danışan Vasif İsmayıl deyib: "Toyların başlaması yalnız və yalnız sosial məsafənin qorunmasına riayət olduğu zaman reallaşa bilər. Mövcud şadlıq saraylarının həcmi nəzərə alınaraq, bir salonda 50, yaxud 100 insan olmaqla, rəqs zamanı da yenə 2 metr məsafənin qorunması ilə ola bilər. Bu da milli adətlərimizin nəzdində real görünmür".(Sfera)

pia.az


Etiket: qadağalar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Ən çox oxunanalar