Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda piyada işıqforları və keçidlərinin sayı artırılacaq

Azərbaycanda müasir tələblər nəzərə alınmaqla piyada işıqforlarının tətbiqi meyarları dəqiqləşdiriləcək və onların sayı artırılacaq

Bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Sənəddə bildirilir ki, 2019-2020-ci illərdə davamlı monitorinqlər aparmaqla qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq yaşayış məntəqələrinin küçə-yol şəbəkəsində eynisəviyyəli piyada keçidlərinin sayı artırılacaq, respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrinin yeraltı və yerüstü piyada keçidləri ilə təmin edilməsi səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə qısa müddətdə bu sahədə görülmüş işlərin, qabaqcıl beynəlxalq standartlar nəzərə alınmaqla, tam yoxlanılması və nəticəsi barədə hesabat hazırlanacaq, hesabat əsasında həmin yolların yeraltı və yerüstü piyada keçidləri ilə təmin edilməsinə dair Tədbirlər Planı hazırlanaraq təsdiq ediləcək, minimal sərmayə qoyuluşu ilə başa gələn yeraltı və yerüstü piyada keçidlərinin sayı artırılacaq, eynisəviyyəli piyada keçidlərinin siqnallaşdırılması səviyyəsi təkmilləşdiriləcək.

Həmçinin əlilliyi olan şəxslərin yollarda sərbəst hərəkətinin təmin edilməsi üçün tədbirlər (piyada keçidlərinin ayaqla hiss edilə biləcək qabarıq elementlərlə, işıqforların səs siqnalı ilə təchiz edilməsi və s.) görülməsi, layihələndirilməsi, tikintisi və təmiri nəzərdə tutulan avtomobil yollarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması, eləcə də səkilərdə piyadaların hərəkəti üçün maneələrin aradan qaldırılması və gələcəkdə belə maneələr yaradılması hallarının qarşısının alınması, səkilərin ölçülərinin dövlət şəhərsalma norma və qaydalarına uyğunluğunun təmin edilməsi nəzərdə tutulur. (trend)

pia.az


Etiket: İşıqfor

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar