Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib.
“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.Az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.
O, əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır:
“Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”.
Qeyd edək ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.
***
"Aİ-95" ("Premium") markalı yanacağın pərakəndə satış qiymətində dəyişiklik baş verib.
Bu gün səhər saatlarında yanacaqdoldurma məntəqələrində "Aİ-95" markalı yanacağın satış qyiməti 1.45 AZN olub. Bu isə 5 qəpiklik bahalaşmadan xəbər verir.
"Aİ-95" markalı yanacaq bu gün səhər saatlarından SOCAR, LUKoil və "Azpetrol" YDM-lərində yeni qiymətə satılır.
"Aİ-92" və dizel yanacağının pərakındə satış qiymətində dəyişiklik yoxdur.
Əldə etdiyimiz məlumata görə, "Aİ-95" markalı yanacağın bahalaşmasının səbəbi idxal dəyərinin artmasıdır. Bununla bağlı rəsmi təsdiq yoxdur.(İndex.az)
Fotoları təqdim edirik
pia.az