Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı 

2021-ci ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrünə nisbətən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9 faiz təşkil edib.

PİA.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, illik müqayisədə ölkədə istehlak səbətinə daxil olan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 5,1 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 4,1 faiz, ödənişli xidmətlərin dəyəri isə 3,9 faiz artıb.

Təkcə iyul ayında isə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, 2020-ci ilin iyul ayına nisbətən 106,4 faiz təşkil edib.

Cari ayda əvvəlki aya nisbətən ərzaq məhsullarından qarabaşaq yarması, peçenye, makaron məmulatları, mal, qoyun və toyuq əti, kolbasa məmulatları, təzə və dondurulmuş balıq, qatılaşdırılmış şəkərli süd, xama, kəsmik, günəbaxan və qarğıdalı yağları, albalı, gilas, kələm, xiyar, pomidor, çuğundur, yerkökü, şəkər və şəkər tozu, çay, kola içkisi, araq və pivə bahalaşıb.

Yumurta, banan, alma, armud, şaftalı, qarpız, yemiş, üzüm, bibər, badımcan, kartof, soğan və sarımsağın qiyməti isə azalıb.

İyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,2 faiz, 2020-ci ilin iyul ayına nisbətən 104,8 faiz təşkil edib.

Qeyri-ərzaq məhsullarından parçalar, yağlı boyalar, polietilen su və kanalizasiya boruları, kəsilmiş taxtalar, sement, kərpic, mebellər, paltaryuyan maşınlar, televizorlar, minik avtomobilləri üçün ehtiyat hissələri, velosipedlər, zərgərlik məmulatları bahalaşıb, yazı kağızlarının qiyməti isə ucuzlaşıb.

2021-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,2 faiz təşkil edib.

İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması təbii qaz təchizatı xidmətinin əhali qrupu üzrə illik istehlak həcminə görə tariflərinin dəyişdirilməsi nəticəsində təbii qazın orta qiymətinin artması, habelə ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Ən çox oxunanalar