Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda azyaşlılara qarşı zorakılıqlar

Azərbaycanda son illər ailədaxili qanlı münaqişələrdə ciddi artım tendensiyası müşahidə olunur. Az qala hər gün ölkənin bu və ya digər bölgəsində, şəhərində və ya kəndində ərin arvadı (bəzən isə tərsinə), qardaşın bacını, hətta Goranboyda baş vermiş son dəhşətli əməli də nəzərə alsaq ananın doğma övladını qətlə yetirməsi haqda xəbərlər informasiya lentlərində yer alır. O cümlədən azyaşlıların öz valideyinləri və ya himayəsində olduqları şəxslər tərəfindən amansız zorakılıqlara məruz qalmasına dair son günlər bir neçə fakt ictimailəşib.

Ailədaxili zorakılıqlara məruz qalan və valideyinləri ilə yaşamaq istəməyən azyaşlılardan bir neçəsi  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdiriliblər. Birliyin sosial işçisi Yaqut Məmmədyarova virtualaz.org-a  həmin yeniyetmələrin başına gələnlərdən danışıb.

Y.Məmmədyarova deyib ki, qızlardan biri Mehdabaddakı Gənclər Şəhərciyində yaşayır, 13 yaşı, əlaçıdır. Məktəbdəki müəllimləri onun haqqında müsbət rəydədirlər. Ana 4 dəfə ailə qurub, hər evliliyindən bir övladı var. Və qızı mütəmadi olaraq döyüb, döyərkən boğmağa çalışıb, evdəki əşyaları başına çırpıb. Bir dəfə isə qızı evdən qovub,  saatlarla bağlı qapı arxasında saxlayıb, təhqir edib. Qız evdən qaçsa da, qalmağa yeri olmadığından geri qayıdıb. Sonuncu dəfə ana qızı döyərkən yenə də boğmağa çalışıb. Bundan qorxan qız polisə şikayət edib. Araşdırma zamanı məlum olub ki, ana bir neçə dəfə məktəbə çağrılaraq uşaqla davranışa görə irad bildirilib. Qız polis tərəfindən sığınacağa yerləşdirilib.

“Sığınacağa yerləşdirilən kimi psixoloji yardım edildi, dərslərini davam etməsi üçün köməkliklər olundu. Ancaq gördüyü şiddət psixologiyasında dərin iz buraxıb. Bununla belə anasından şikayətçi olmur. Yenidən ailəsinə geri dönmək istəmədiyindən dövlət uşaq müəssisələrinin birinə yerləşdiriləcək”,- Y.Məmmədyarova əlavə edib.

Evdən qaçan və sığınacağa yerləşdirilən qızlardan birinin 14 yaşı var. Araşdırma zamanı bəlli olub ki, atası fəhlə  işləyir. Ailə çox vaxt mağazadan ərzaq alıb, pulunu maaş alınandan sonra ödəyib. Atanın mağazaya ödəmək üçün verdiyi pulu qız məhəllədəki rəfiqələrinə xərcləyib, atası bundan xəbər tutandan sonra evdən qaçıb. Qız polis tərəfindən tapılaraq ailəsinə geri verilib. Lakin ikinci dəfə yenidən oğurluq edib. Valideynləri ilə yaşamaq istəmədiyindən sığınacağa yerləşdirilib.

“Qızla danışandan dedi ki, atası ilə ünsiyyət qurmaq istəmir. Onunla psixoloji iş aparıldı, bəlli oldu ki, atasının fəhlə olmasından utanır. Oğurluğu da atasına inad olmaq üçün törədir. Ata da etdiyi hərəkətlərə görə mütəmadi onu danlayır”, -sosial işçi danışıb.

Yeniyetmələrdən birinin 15 yaşı var, valideynləri ayrılıb. Ana qızını oğlan kimi tərbiyə etmək istəyib, onu karate, boks, güləş kurslarına yazdırıb. Və tənha ana olduğundan uşağa müəyyən qadağalar qoyub. Qızın bacısı da həyat yoldaşından ayrılıb, övladı ilə anasının yanına dönüb. İki bacı arasında ciddi mübahisələr yaranır və hər dəfə dava düşəndə ana evi tərk edib qohumlarının yanında qalır. Sonuncu davadan sonra qız ana və bacısından polisə şikayət edib. Polis əməkdaşları onu sığınacağa yerləşdirdilər.  Amma problem odur ki, ana uşağın şikayətindən sonra onun evə geri dönməsini istəmir. Hazırda hər iki tərəflə iş aparılır.

Sığınacağa yerləşdirilənlərin ikisi bacıdır, birinin 14, digərinin 15 yaşı var. Bacılar daha əvvəl də sığınacaqda qalıblar: “Qızlar üç bacıdır və birinci dəfə hər üçü sığınacağa yerləşdirilmişdi. Məlum olmuşdu ki, onlar anası tərəfindən dilənçiliyə məcbur ediliblər. Təsəvvür edin ki, ana gecə saatlarında üç qız uşağını evdən qovub pul tələb edib.  Qonşu bir neçə dəfə qızları evinə aparıb, siqaret və çörək almaq üçün pul verib. Amma qonşu köçəndən sonra qızların durumu daha dözülməz olub. Qapıları gəzərək pul dilənib, anaya veriblər. Sonra şikayət əsasında sığınacağa yerləşdiriliblər.  Ata müraciət edərək qızlara sahib çıxmaq istədiyini bildirib və öz yanına aparıb”.

Bir müddət ataları ilə qalan qızlar sonradan yenə dilənçiliklə məşğul olublar. Bu dəfə ata onları qapı-qapı gəzib pul toplamağa məcbur edib. Qızlar ananın yanına da  dönə bilməyiblər, çünki ana ailə qurub, atalıq isə uşaqlara baxmaq istəmir. Yalnız 13 yaşlı qız anası ilə qalır. Bir neçə gün küçədə gecələyən yeniyetmələr polisə müraciət edərək yaşamağa yerləri olmadığını söyləyiblər. Polis onları sığınacağa yerləşdirib.

Y.Məmmədyarova son zamanlar uşaqlara qarşı işğəncə faktlarının artmasından narahatlığını da bildirib. Burda valideyn məsuliyyətsizliyi, uşaqların nəzarətsiz buraxılması, internet, sosial şəbəkələr də rol oynayır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay