Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 45 mindən artıq çoxuşaqlı ailə var


Azərbaycanda 5 və daha çox uşaqlı ailələrin sayı 45.8 mindir


Dövlət Statistika Komitəsindən Lent.az-ın sorğusuna verilən cavaba görə, uşaqların sayına görə ev təsərrüfatlarının bölgüsü haqqında statistik məlumatlar ölkəmizdə 10 ildən bir keçirilən əhalinin siyahıyaalınması zamanı əldə edilir.

 Məlumatda bildirilir ki, uşaqların sayına görə ev təsərrüfatlarının bölgüsü beynəlxalq müqayisəlik üçün 1 uşaqlı, 2 uşaqlı, 3 uşaqlı, 4 uşaqlı, 5 və daha çox uşaqlı kimi işlənib.

Son dəfə 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının yekun məlumatlarına əsasən, ölkə üzrə 3 uşaqlı ev təsərrüfatlarının sayı 261,8 min, 4 uşaqlı ev təsərrüfatlarının sayı 80,8 min, 5 və daha çox uşaqlı ev təsərrüfatlarının sayı isə 45,8 min olub.

5 və daha çox uşaqlı ev təsərrüfatlarının əsasən Cəlilabad, Lerik, Yardımlı, Masallı rayonlarında və Gəncə şəhərində üstünlük təşkil etdiyi də qeyd edilib.

Onu da qeyd edək ki, “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” ölkə prezidentinin fərmanına əsasən, 2014-cü il yanvarın 1-dən beşdən çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 30 (otuz) manat müəyyən edilib.

Fərmana əsasən, ötən ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 3077 nəfər qadının 18 yaşına çatmamış 8810 nəfər uşağına həmin aylıq sosial müavinət ödənilir. Bununla yanaşı, 3 və daha çox uşaq doğub 8 yaşınadək, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar 57 yaşına çatdıqda onlara aylıq sosial müavinət təyin olunur. Ölkədə 7612 nəfər qadın bu növ sosial müavinətlə təmin edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ən çox oxunanalar