Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 1 milyona maşınlar satılır – Gizli yolla

Azərbaycana rəsmi nümayəndəliklər tərəfindən idxal olunan kifayət qədər bahalı avtomobillər var

Bəzilərinin qiyməti hətta 400 min manatdan yuxarıdır. Bu siyahıya “Mercedes-Benz”i, “BMW”ni, “Porsche”ni və s. daxil etmək olar.

PİA.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.

Onun sözlərinə görə, bunlar açıq satışda olan avtomobillərdir. Ayrı-ayrı fiziki şəxlər tərəfindən ölkəyə gətirilən bahalı avtomobillərə gəlincə, ekspert deyib ki, burada qiymətlər fərqlidir:

Azərbaycanda xeyli belə avtomobil mövcuddur. Bura “Lamborghini”, “Maserati”, “Bugatti” kimi bahalı maşınları aid etmək olar. Bundan başqa “Mercedes”in “Maybach” seriyasından olan nəqliyyat vasitələrini, “BMW” və “Audi”nin sport versiyalarını misal çəkə bilərik”.

R.Osmanlı söyləyib ki, bu avtomobillərin qiyməti, 500 min - 1 milyon manat arasında dəyişir.

Ekspert rəsmi statistikadan xəbərsiz olduğunu deyib:

“Əlimizdə rəsmi statistika yoxdur. Bununla bağlı rəqəmlər Baş Dövlət Yol Polisi İdarəsində mövcuddur”.

Ramil Osmanlının fikrincə, Azərbaycanda son illər bahalı avtomobillərə maraq bir qədər azalıb:

“Əvvəlki illərdə olduğu kimi, Azərbaycanda bahalı avtomobillərə maraq o qədər də yüksək deyil. Amma onu da demək olmaz ki, maraq tamamilə aradan qalxıb.

Nəzərə almaq lazımdır ki, Azərbaycan bazarında avtomobil parkının yenilənməsi prosesi o qədər də yüksək deyil. Halbuki azərbaycanlılar avtomobillərini tez-tez dəyişməyi sevirlər. Amma bu, kütləvi hal almayıb”.

R.Osmanlı onu da əlavə edib ki, ölkədə gələcəkdə avtomobil parkının yenilənməsi dinamik xarakter alacaq:

“Bu, minik avtomobillərin qiymətinin orta qiymətə yaxın olduğu vaxt baş verəcək. Bu da lap bahalı avtomobillərə maraq azalandan sonra ola bilər”.

Ekspert Azərbaycanda 1 milyon manata satılan avtomobillərlə bağlı maraqlı fakt açıqlayıb:

“Belə nəqliyyat vasitələri açıq satışda deyillər. Bu avtomobillərin satışı barədə saytlarda və açıq informasiya resurslarında hər hansı məlumata rast gəlmək mümkün deyil”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

İntizam pozuntularına görə 8 vəkil cəzalandırılıb

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Ən çox oxunanalar