Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü... - Moskvanın mövqeyi necə olacaq?

Bir-birlərinə əks maraqlardan çıxış edən Qərbin və Rusiyanın vasitəçilik misiyaları...

Politoloq: “Azərbaycan-Ermənistan sülh danışıqlarında deyəsən beynəlxalq oyunçular hərəkətə keçmək qərarı verib”.

“Vaşinqton çalışır ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşə qədər bütün məsələlərin razılaşdırılmasına nail olsun və Moskvanın təşəbbüsü ilə keçirilən görüşü əhəmiyyətsiz etsin”.

Bu sözləri politoloq İlyas Hüseynov AzərbaycanErmənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bu gün Vaşinqtonda AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu görüşdən hansı gözləntiləriniz var? Vaşinqtondan sonra AzərbaycanErmənistan xarici işlər nazirləri həmçinin Moskvada da bir araya gələcəklər. Bir-birlərinə əks maraqlardan çıxış edən Qərbin və Rusiyanın vasitəçilik misiyaları Azərbaycanla Ermənistan arasında sülh prosesinə necə təsir edir?

AzərbaycanErmənistan arasında yaranan vasitəçilik təşəbbüslərini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “ABŞ-ın diplomatik fəallığı fonunda sülh müqaviləsinin imzalanacağı iddiası güclənir”.

Moskvanın prosesləri diqqətlə izlədiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, Vaşinqtonda danışıqlar bir neçə gün davam edərsə, o zaman zəmin üzərində təxribatların baş verməsi istisna deyil. Buna da hazırlıqlı olmaq lazımdır:

“Rəsmi məlumata görə, Vaşinqtonda AzərbaycanErmənistan münasibətlərinin normallaşması üçün müzakirələrin növbəti raundu baş tutacaq. Xatırladım ki, aprelin 29-da isə ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan Baş naziri arasında telefon danışığı oldu. Bu gün isə ABŞ Dövlət katibi Blinken Prezident İlham Əliyevlə telefonla danışaraq sülh sazişi məsələsini müzakirə ediblər. Məlumdur ki, ötən günlərdə sülh sazişi ilə bağlı danışıqların keçirilməsi üçün Moskva və Vaşinqton arasında sanki üstünlük qazanma yarışı var idi.

Öz növbəsində erməni mediası keçən həftə hakimiyyətdəki mənbələrinə istinadla yazıb ki, ABŞ Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantının təsdiq edilməsi üçün təzyiq edir. İddialara görə, sülh sazişinin layihəsini bu yaxınlarda ABŞ Dövlət katibinin müavini Erika Olson Baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur, ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin edilir.

Bu gün də Bakı vaxtı ilə saat 17:00-da AzərbaycanErmənistan XİN rəhbərləri Vaşinqtonda görüşəcək. Blinkenin iştirakı ilə üçtərəfli görüş isə Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır.

Azərbaycan-Ermənistan sülh danışıqlarında deyəsən beynəlxalq oyunçular hərəkətə keçmək qərarı verib. Bəzi insayd məlumatlara görə danışıqlar bir neçə gün davam edə bilər. Bu artıq prosesin ciddi xarakterindən xəbər verir.

Burada əsas məsələ bundan ibarətdir ki, sülh müqaviləsinin yol xəritəsində hər nöqtəyə, hər vergülə, hətta hər nidaya ciddi diqqət yetirilsin. Ötən dövr ərzində qarşı tərəfin neçə söz oyununa getdiyini, bəyanatları öz bildikləri kimi necə interpretasiya etdiyinin şahidi olmuşuq.

İlyas Hüseynov: “Görünən budur ki, Kişinyov görüşünə qədər Vaşinqton maksimum dərəcədə tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışacaq”.

Vaşinqton çalışır ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşə qədər bütün məsələlərin razılaşdırılmasına nail olsun və Moskvanın təşəbbüsü ilə keçirilən görüşü əhəmiyyətsiz etsin. Ötən il Praqadan sonra Soçidə imzalanan sənədlərin mahiyyəti dediklərimizi təsdiq edir.

Artıq Moskvada Azərbaycan, RusiyaErmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün anonsu verilib. Moskva da prosesləri diqqətlə izləyir və danışıqlar bir neçə gün davam edərsə, o zaman istisna olunmur ki, zəmin üzərində təxribatlar da baş verə bilər. Buna da hazırlıqlı olmaq lazımdır.

Həmçinin ötən həftəsonu İrəvanda olan Fransa XİN başçısı Ketrin Kolonna bildirib ki, AzərbaycanErmənistan rəhbərləri iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələ bilərlər.

Görünən budur ki, Kişinyov görüşünə qədər Vaşinqton maksimum dərəcədə tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışacaq. ABŞ-ın diplomatik fəallığı fonunda sülh müqaviləsinin imzalanacağı iddiası güclənir. İzləyək, vasitəçilərdən asılı olmayaraq bizim sülh gündəliyimiz dəyişməz olaraq qalır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Prezident general-mayoru rütbəsindən məhrum edib

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"

Ən çox oxunanalar