Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Britaniya deputatlarının görüşü keçirilib

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Davamlı İnkişaf üzrə Daimi Komitənin iclası çərçivəsində Azərbaycan və Böyük Britaniya nümayəndə heyətlərinin görüşü keçirilib...

APA-nın xəbərinə görə, Milli Məclisin deputatları Soltan Məmmədov və Sevil Mikayılovanın iştirak etdiyi görüşdə əməkdaşlığın müxtəlif aspektlərinə dair müzakirə aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri COP29 sessiyasına hazırlıqla əlaqədar ölkəmizin həyata keçirdiyi tədbirlər haqqında məlumat veriblər. Milli Məclisin Parlamentlərarası İttifaqla əməkdaşlığı çərçivəsində COP29 tədbirində təşkil olunması nəzərdə tutulmuş müzakirələr haqqında fikir mübadiləsi aparılıb. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin fəal iştirakını təşviq edilməsinin zəruriliyi qeyd olunub. Parlamentlərarası İttifaq çərçivəsində əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi üçün qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycan parlamentinin üzvləri Cənubi Qafqazda mövcud vəziyyət, Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılmış addımlar, ölkəmizin təklif etdiyi sülh gündəliyinə dair ətraflı məlumat veriblər. Milli Məclisin deputatları britaniyalı həmkarlarının regional təhlükəsizlik, Ermənistanla sülh müqaviləsinin imzalanması perspektivləri, eləcə də Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafı ilə bağlı suallarının cavablandırıblar.

Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsinin ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm rola malik olduğu qeyd edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Ən çox oxunanalar