Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ÜTT-yə üzv ölkələrlə ikitərəfli məsləhətləşmələr aparır

Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzv ölkələrilə ikitərəfli məsləhətləşmələr aparır

Bu barədə “Report”a Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

O, Cenevrədə aparılan danışıqlarda müxtəlif nazirlik və idarələrin əməkdaşlarından ibarət ekspert qrupunun iştirak etdiyini diqqətə çatdırıb.

İyunun 28-dək davam edəcək məsləhətləşmələr çərçivəsində Kanada, Braziliya, Yaponiya, Koreya, İsveçrə kimi ölkələrlə danışıqlar aparılacaq.

Azərbaycan dörd əsas istiqamət - mallar (kənd təsərrüfatı və sənaye məhsullarına tariflər), xidmətlər üzrə ticarət, qanunvericiliyin təkmilləşdirilməsi (onun ÜTT tələblərinə uyğun hala gətirilməsi) və kənd təsərrüfatına dəstək (subsidiyalaşdırma) üzrə danışıqlar aparır.

Xatırladaq ki, ÜTT katibliyinin təklifi ilə Azərbaycan bu mərhələdə ölkənin ikitərəfli əsasda təşkilata daxil olması üzrə danışıqları davam etdirir. Buna qədər Azərbaycan nümayəndə heyətinin ÜTT-nin İşçi Qrupu ilə görüşləri həm təşkilata üzv ölkələrlə ikitərəfli danışıqlar, həm də kənd təsərrüfatı ilə bağlı çoxtərəfli danışıqlarla müşayiət olunub.

2018-ci ilin dekabrında keçirilən son görüşdə Yaponiya, Braziliya, Norveç və digər ölkələrlə, ilk növbədə, mal və xidmətlər bazarlarına qarşılıqlı çıxışın təmin edilməsi məsələləri üzrə ikitərəfli danışıqlar aparılıb.

Azərbaycan ÜTT-yə üzv ölkələrlə danışıqlara 2004-cü ildə başlayıb. Hazırda Azərbaycan 13 ölkə ilə danışıqlar prosesindədir. Bu günə qədər artıq Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qırğız Respublikası ilə danışıqlar tamamlanıb və protokollar imzalanıb, Çin və Moldova ilə münasibətlər protokolların imzalanması mərhələsindədir.

Xatırladaq ki, Azərbaycanda son vaxtlar bir sıra islahatlar aparılıb, o cümlədən iqtisadiyyatın inkişaf üçün 12 strateji yol xəritəsi qəbul edilib, ticarət sektorunun tənzimlənməsində, idxal tarifləri sistemində dəyişikliklər edilib, ticarət və logistika infrastrukturu təkmilləşdirilib. Ölkədə 2020-ci ilədək keçirilməsi gözlənilən iqtisadi islahatlardan ilkin nəticələr əldə edildikdən sonra danışıqların intensivləşdirilməsi və Azərbaycanın ÜTT-yə üzvlüyü prosesinin başa çatdırılması mümkündür.

Qeyd edək ki, Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi statusuna malikdir. 1997-ci il iyulun 16-da ÜTT Katibliyi yanında Azərbaycan üzrə işçi qrupu yaradılıb.

pia.az


Etiket: ÜTT

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar