Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Türkiyə ilə “yaşıl enerji” tərəfdaşlığının əsas ağırlıq mərkəzlərini açıqlayıb

Azərbaycan Türkiyə ilə “yaşıl enerji”nin istehsalı və ixracı üzrə əməkdaşlığa başlayıb.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti illərdə 10 QVt-dək "yaşıl enerji" güclərinin yaradılması və bunun 5 QVt-nın müxtəlif marşrutlarla ixracı ilə bağlı planlarımızda Türkiyə əsas tərəfdaşlarımızdandır: “Türkiyə ilə “yaşıl enerji” tərəfdaşlığımızın əsas ağırlıq mərkəzləri Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur kimi geostrateji əhəmiyyətli bölgələrimizdir. Türkiyənin "Baltech" şirkəti ilə Naxçıvanda 50 MVt gücündə günəş, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında isə 200 MVt gücündə külək elektrik stansiyaları layihələri üzrə əməkdaşlığımız bunun bariz göstəricisidir. "Baltech" şirkəti ilə əməkdaşlıq təkcə "yaşıl enerji"nin istehsalı ilə məhdudlaşmır, eyni zamanda bu enerjinin Türkiyəyə ötürülməsi, şəbəkəyə inteqrasiyası kimi istiqamətləri əhatə edir”.

Nazir bildirib ki, bununla yanaşı, Naxçıvanda beynəlxalq enerji şirkətləri ilə “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edilir: “Burada da diqqət istehsal olunacaq enerjinin əsasən Türkiyə istiqamətində ixracına yönəlib. Bütün bunlar Naxçıvanın 4 illik inkişafı üzrə Azərbaycan Prezidentinin müəllifi olduğu dövlət proqramının "yaşıl" mənbələrə əsaslanan elektrik enerjisinin istehsalı və ixracının artırılması kimi məsələlərdə Türkiyə ilə əməkdaşlığı vurğulayan müddəaları ilə üst-üstə düşür".

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Ən çox oxunanalar