Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan TDT ilə bağlı Protokolu təsdiqləyir

Protokol bir əsl nüsxədə Azərbaycan, qazax, qırğız, türk, özbək və ingilis dillərində imzalanıb, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir...

Azərbaycan “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiqləyir.

Protokolun təsdiq edilməsi barədə qanun layihəsi parlamentin aprelin 4-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.

3 oktyabr 2009-cu il tarixində imzalanmış Naxçıvan Sazişinin 21-ci bəndinə uyğun olaraq hazırkı Protokol Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişə müəyyən olunan qaydada dəyişikliklər və əlavələr edir. Həmin dəyişikliklərdən biri, 12 noyabr 2021-ci il tarixli qərarla “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adını “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsini (TDT) və bununla əlaqədar Sazişdə müvafiq dəyişikliklər edilməsini nəzərdə tutur.

Protokola əsasən, elm və təhsil sahəsində əməkdaşlığı, Türk dünyasının ümumi dəyərlərinin yayılması və tanınması, eləcə də Türk mədəniyyəti və irsinin qorunması və təşviqini həyata keçirmək məqsədi ilə Türk Akademiyası, habelə Türk Mədəniyyəti və İrsi Fondu TDT-yə bağlı təşkilatlar kimi fəaliyyət göstərəcəklər.

Eyni zamanda tərəflər Naxçıvan Sazişinin vəzifə və məqsədlərini həyata keçirmək üçün digər təşkilatlar və təsisatlar yarada bilərlər.

Hazırkı Protokol dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında sonuncu yazılı bildirişin depozitari tərəfindən alındığı tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir. Protokolun depozitarisi Türkiyə Xarici İşlər Nazirliyidir.

Protokol bir əsl nüsxədə Azərbaycan, qazax, qırğız, türk, özbək və ingilis dillərində imzalanıb, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir.

Saziş Türk dünyasında və beynəlxalq arenada əməkdaşlıq və əlaqələndirilmiş fəaliyyətin təmin olunmasında Türk Dövlətlər Təşkilatının rolunun daha da genişləndirilməsinə töhfə verəcək.

Poliqon.info


Etiket: Azərbaycan TDT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Ən çox oxunanalar