Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Premyer Liqasının bərpa vaxtı məlum oldu

Koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək təxirə salınmış futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları mayın sonlarında bərpa oluna bilər...

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hər şey karantin rejiminin müddətindən asılıdır: “Mayın 4-nü gözləyirik. Karantin götürülsə, bizim üçün heç bir problem qalmayacaq. Hətta hər turun oyunlarını eyni gündə deyil, 2 gündə keçirsək belə, vaxt kifayət edəcək. Hazırlıq müddəti ilə bağlı klublara sorğu göndərmişik. Yəqin ki, qalan bölüm öncəsi təlim-məşq toplanışı üçün komandalara 2-3 həftə vaxt veriləcək”.

A.Şahgəldiyevin sözlərinə görə, yeni təqvimə oyunların azarkeşsiz keçirilib-keçirilməyəcəyinin də təsiri olacaq: “Azarkeşlərə icazə verilsə, matçları həftəsonuna salmağa çalışacağıq. Azarkeşsiz olsa, oyunları həftəiçi də keçirə bilərik”.

Mətbuat katibi əlavə edib ki, AFFA və PFL-in məqsədi mövsümü başa çatdırmaqdır: “Rəhbərlik səviyyəsində bütün məsələləri müzakirə edirik. Klubların razılığı olmadan heç bir qərar qəbul etmək fikrində deyilik. Məqsədimiz çempionatı başa çatdırmaqdır”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionda mövsüm martın 13-dən dayandırılıb. (report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar