Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan NATO-ya daxil olmaq istəsə...“



“Gürcüstan təhlükədədir və bu təhlükə təkcə Tiflis üçün yox, bizim üçün də aktualdır. Lakin Rusiya bizi işğal etmək niyyətində deyil. O bizi öz iradəsinə tabe etmək istəyir”


Bu sözləri politoloq Vəfa Quluzadə Rusiya hərbi texnikasının Tiflisdə peyda olması və Moskvanın İrəvana quru yolu təmin etmək niyyətini şərh edərkən Publika.az-a açıqlamasında deyib.
 
Politoloqun fikrincə, Azərbaycan bu iradəyə tabe olmasa da, güzəştə getməyə məcbur olacaq:
 
“Misal üçün, Azərbaycan istəməsə belə, bir sıra məsələlərdə Rusiya ilə hesablaşır. Bunun əksinə getmək ağılsızlıq olardı. Gürcüstan isə Rusiyanın iradəsinə tabedir. Hazırda Moskva bu ölkəni hədələyir. Əgər rəsmi Tiflis NATO-ya daxil olmaq istəsə, Abxaziyadan Gürcüstanı vurmaq çox asandır. Rus tankları Tiflisdən 40 dəqiqəlik məsafədədir. Dağlıq Qarabağ münaqişəsi də ona görə həll olunmur ki, Azərbaycan NATO-ya daxil olmaq istəsə, bizi buradan təhdid etmək mümkün olsun. Bu dəqiqə bütün nəzərlər Ukraynadadır. Ümid edirəm ki, Rusiya məğlub olacaq. Qərb Rusiyanı ram edəcək və imperiya çökdürüləcək. Bundan başqa ümidimiz yoxdur. Çünki Rusiya bizə həmişə öz ərazisi kimi baxır. Gürcüstan da Moskva üçün həmişə strateji hərbi yol olub. Əgər Mərkəzi Asiya Rusiya və Əfqanıstan arasında neytral zonadırsa, Cənubi Qafqaz Kremlin yumşaq qarnıdır. Rusların başı əzilməsə, düşüncələrini heç vaxt dəyişməyəcəklər”.
 
V.Quluzadə bu baxımdan Tiflisdə rus hərbi maşınlarının görünməsini təbii sayıb:
 
“Əks halda bu, güc yolu ilə ediləcək. Çünki Rusiya üçün Gümrü hərbi bazasına yol açmaq taleyüklü məsələdir. Ermənistandakı vəziyyət, sadə ermənilər arasında Moskvanın nüfuzunun aşağı düşməsi də bunu aktuallaşdırır. Təbii ki, xəbərin nə qədər doğru olduğunu deyə bilmərəm. Amma əgər buna imkan yaradıblarsa, deməli, Rusiyanın təzyiqləri qarşısında dayanmaq imkanları yoxdur. Bunu sırf Azərbaycana qarşı Tiflisin addımı kimi qəbul etmək doğru deyil. Çünki Gürcüstan öz dərdindədir. Bu Ermənistanın da xeyrinə deyil. Gümrü hərbi bazasını gücləndirməklə Moskvanın İrəvana təsiri xeyli artacaq. Əgər İrəvan xırda da olsa müstəqil addım atsa, Gümrüdəki rus qoşunu onların başlarını əzəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar