Bazar ertəsi, 04 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan müharibəyə hazırlaşmalıdır” - Şevçenkodan Azərbaycana xəbərdarlıq...

Rusiyalı dostlarımızdan gələn bu xəbərdarlıqlar nədən xəbər verir?..

Politoloq: “Beynəlxalq güclər Azərbaycanın 2020-ci ildə əldə etdiyi qələbədən heç də məmnun deyillər. Onlar Ermənistan yenidən Cənubi Qafqazda hakim mövqeyə çıxartmaq istəyirlər”.

“Mürəkkəb bir situasiya yaranıb və görünür sülh müqaviləsinin bağlanması çətinləşir və bu fonda yeni müharibənin başlamasını istisna etmək olamaz”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Cənubi Qafqazda sülhün əldə edilməsinin çətinliyini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən məşhur rusiyalı jurnalist, Azərbaycanın dostlarından biri Maksim Şevçenko teleqram kanalından etdiyi videomüraciətində Azərbaycanı müharibəyə hazır olmağı çağırıb. Şevçenko qeyd edib ki, müharibə qaçınılmazdır, çünki dünyanın “ağaları” Azərbaycan xalqını yerinə oturtmaq istəyini ortaya qoyub.

Rusiyalı dostlarımızdan gələn bu xəbərdarlığı necə dəyərləndirmək olar? Doğrudanmı, müharibə qaçınılmazdır və artıq demək olar ki, Cənubi Qafqazda sülh əldə etmək mükün deyil?

Azərbaycanla Ermənistan arasında gedən son prosesləri PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Cənubi Qafqazda sülhün əldə edilməsinə qarşı Fransa, Rusiyaİran eyni addımlar atır”.

Ermənistanın mövqeyinin regionda əlverişli şəraiti gözləməkdən ibarət olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, İrəvan özü üçün əlverişli zamanda yenidə Azərbaycan torpaqlarını işğal etməyi planlaşdırır:

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində bütün proseslərdən yayınmaq kursu tutub. Praqda imzalanan Bəyannamə və Vaşinqton gündəliyi Nikol Paşinyan üçün vaxt qazanmaq və imitasiya etmək üçün bir prosesdir. Göründüyü kimi, Ermənistan sülh deyil, çərçivə sazişini ortaya atmaqla yayınmaq kursunu davam etdirir.

Qeyd edim ki, Ermənistan Azərbaycanla dövlət sərhəddində yeni təxribatlara hazırlaşır. Paris və Moskvadan siyasi dəstək alır, bir tərəfdən də İranın dəstəyi Yerevanı “cəsarətləndirir”. Bu prosesləri də ABŞ görür, buna görə də Vaşinqton Ermənistana sülh müqaviləsinin bağlanmasına çağırışlar edir. Amma, Ermənistanın mövqeyi regionda əlverişli şəraiti gözləməkdən ibarətdir. Yerəvan bu şərait fonunda hücuma keçməyi planlaşdırır.

Məhəmməd Əsədullazadə: “Cənab Şevçenkonun verdiyi bəyanat diqqətçəkəndir. Çünki hər şey, bütün proses yeni müharibənin başlanmasına doğru aparır və Azərbaycanın yaxın dostlarından biri olaraq, dünən onun etdiyi çağırış da başa düşüləndir”.

Müharibədən iki il keçməsinə baxmayaraq Ermənistan sülh müqaviləsini imzalamır. Eyni zamanda əlavə təkliflər etməklə, xüsusilə Qarabağ məsələsini ortaya atmaqla vəziyyəti gərginləşdirməyə çalışır. Ermənistanın Avropa İttifaqının mülki müşahidə missiyasının Ermənistanda olması fonunda Azərbaycana qarşı yeni hesabat hazırlamaq və siyasi təzyiqlər etmək üçün təxribatlara əl atacağı gözlənilir.

Bu fonda cənab Şevçenkonun verdiyi bəyanat diqqətçəkəndir. Çünki hər şey, bütün proses yeni müharibənin başlanmasına doğru aparır və Azərbaycanın yaxın dostlarından biri olaraq, dünən onun etdiyi çağırış da başa düşüləndir. Çünki beynəlxalq güclər Azərbaycanın 2020-ci ildə əldə etdiyi qələbədən heç də məmnun deyillər. Onlar Ermənistan yenidən Cənubi Qafqazda hakim mövqeyə çıxartmaq istəyirlər.

Bəli, Cənubi Qafqazda sülhün əldə edilməsinə qarşı Fransa, Rusiyaİran eyni addımlar atır. Ermənistanı Azərbaycanla sülh müqaviləsinin bağlanmasından yayındırırlar. Ermənistan rəhbərliyi siyasi iradə göstərməyə cəsarət etmir və sülh üçün bütün təşəbbüslərin üzərindən xətt çəkir.

Düşünürəm ki, yaxın perspektivdə Ermənistan təxribatlara gedərək Azərbaycanı danışıqlar prosesindən çəkindirməyə çalışacaq. Bununla da istəyirlər ki, rəsmi Bakı onlarla təzyiq dilində danışsın. Amma mən əminəm ki, baş verənlər Ermənistan və ona dəstək verən ölkələrin əleyhinə işləyəcək. Mürəkkəb bir situasiya yaranıb və görünür sülh müqaviləsinin bağlanması çətinləşir və bu fonda yeni müharibənin başlamasını istisna etmək olmaz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polislərə müqavimət göstərərək daşla xəsarət yetirməyə cəhd edənlər həbs edilib

DİN-dən Qəbələdəki görüntülərlə bağlı açıqlama

Güclü qar Moskvanı iflic edib – Təyyarə reysləri təxirə salınıb

Paşinyan “Hayastan” Fondunun 100 milyon dollarını mənimsəyib?

Şəhriyar qəsəbəsinin iki min nəfərin yaşadığı bir hissəsi susuz qalıb - Video

Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Qəzzada münaqişə başlayandan bəri ölənlərin sayı açıqlandı

Ən çox oxunanalar