Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan millisinin üzvü: “De Byazi, sadəcə, özünü düşünür”

“Ola bilər ki, bura mənim ölkəm deyil. Amma bu forma, bayraq üçün vuruşuram”...

Bunu Oxu.Az-a müsahibəsində “Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Höccət Haqverdi deyib. Əslən İrandan olan 30 yaşlı müdafiəçi “ağ-qaralar”ın uğursuzluğu, eləcə də yığma komanda barədə sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Ölkə kubokunun finalında “Qəbələ”yə məğlub oldunuz...

- Final matçı idi. Belə görüşlər adi oyunlardan fərqli olur. Hər iki komanda vuruşdu. Amma düşünürəm ki, onlar bizdən daha yaxşı oynadılar. Hər iki komandanın şansları var idi. Ancaq son zərbələrdə biz uğursuz olduq. Qapımıza penalti təyin olundu və bu, yekun nəticəni müəyyənləşdirdi.

- “Neftçi” “Qəbələ”nin qapısına dəqiq zərbə endirə bilmədi. Bu, nə ilə bağlıdır?

- Üzərimizdə böyük təzyiq var idi. Çünki bilirdik ki, hamı bizim qalib gələcəyimizi gözləyir. Buna görə də bir qədər həyəcanlı olmağımız normaldır. Eyni zamanda, rəqib bizdən daha hazırlıqlı idi. Öz şanslarından yararlandılar, taktiki daha hazır idilər. Biz də şanslar yaratmağa çalışdıq, amma heç nə edə bilmədik. Futbolda belə şeylər olur. “Real Madrid”in “Mançester Siti” ilə oyununu xatırlamaq kifayətdir. Hər ikisi böyük komandadır, amma ispanlar heç nə edə bilmədilər. Pis günümüzdə idik.

- Bu mövsüm komanda titulsuz qaldı.

- Hamı bizdən kubok gözləyirdi. Çünki bu, “Neftçi”dir. Bizim yaxşı futbolçularımız, stadionumuz, azarkeşlərimiz, məşqçilərimiz var. Hər şey yaxşıdır. Bu, bizim səhvimizdir. Çempion olmalı və kubok qazanmalıydıq. Gələcəkdə nə edə biləcəyimizə baxmalıyıq.

- Oyundan sonra azarkeşlər narazı idilər.

- Bilirəm. Onların nələr dediyini anlayıram. Çempion ola bilmədikdən sonra kuboku qazanmaq bizim əsas şansımız idi. Onların narazı qalmaları normaldır. Bu, öz səhvimizdir. İnanıram ki, növbəti mövsüm həm çempionatda, həm kubokda daha uğurlu olacağıq.

- Hər dəfə milli komandaya çağırılanda azarkeşlər etiraz edirlər ki, baş məşqçi Canni de Byazi Höccəti niyə dəvət edir, iranlı niyə bizim millimizdə oynayır və s. Narazı azarkeşlərə cavabınız necə olar?

- Bunlardan xəbərim var. Bəzən eşidirəm. Amma baxın, çox vaxt mən öz mövqeyimdə oynamıram. Mərkəz müdafiəçisiyəm, amma sağ cinahda oynayıram.

- De Byazi ilə bu barədə danışmısınız?

- Danışmışam. Amma mən oyunçuyam. “Neftçi”də də sağ cinahda oynayıram. Baş məşqçi belə qərar verirsə, deyə bilmərəm ki, oynamıram, evə gedirəm. Bu, peşəkar olmaz. Amma mən müdafiənin mərkəzində daha yaxşı çıxış edirəm. Azarkeşlər bunu başa düşməlidirlər. Mərkəz müdafiəçisi kimi milli komandada çox yaxşı oyunlarım olub. Amma sağda oynayanda da biz beş qələbə qazanmışıq, qol da vurmuşam. Bəzi azarkeşlər bunları unudurlar. Qələbələrdən sonra iki məğlubiyyətimiz oldu. Azarkeşlər başladılar ki, bu oyunçu xaricidir, legionerdir və s. Bu, doğru deyil. Mən ən yaxşısını etməyə çalışıram. Bəli, bəzi azarkeşlər narazıdırlar, amma oyunlara baxan əsl azarkeşlər başa düşürlər ki, mən müdafiənin mərkəzində daha yaxşı çıxış edir, sağda isə əlimdən gələni əsirgəmirəm. De Byazinin məni sevməsi doğru deyil. De Byazi özünü sevir. Əgər yaxşı nəticələr olmasa, o, evinə gedəcək. O, sadəcə, özü barədə düşünür. Ola bilər ki, böyük təcrübəsi var və məni sağ cinahda daha yaxşı hesab edir. Əgər məndən daha yaxşı futbolçu varsa, problem deyil, ehtiyatda qalaram. Amma meydandayamsa, Azərbaycan bayrağı üçün döyüşürəm. Bəli, ola bilər ki, bura mənim ölkəm deyil. Amma bu forma, bayraq üçün vuruşuram. Meydana bütün ürəyimlə çıxıram, başımı topun qarşısına qoymağa hazır oluram. Bu, ölkə ilə bağlı deyil. Ən yaxşısını edirəm. Bəzən alınır, bəzən yox.

- Qarşıdan Estoniyaya qarşı matç gəlir. İki məğlubiyyətdən sonra bunu qələbə üçün ən yaxşı şans hesab edirsiniz?

- Estoniya İsveç və Avstriya qədər güclü deyil. Amma yaxşı komandadır. Onların oyunlarını izləmişik. Deyə bilmərəm ki, çox asan matç olacaq və biz qələbə qazanacağıq. Onlar bizim kimidirlər. Öz meydanımızda oynayacağıq. Çətindir, amma yaxşı başlanğıc ola bilər. Üç xal qazana bilsək, bu, yaxşı başlanğıc olardı. Çünki ardınca evdə daha iki matçımız olacaq. Şanslarımız çoxdur.

- Əvvəlki oyunları komanda müdafiədə keçirib. Yenə beş müdafiəçi ilə oynamalıyıq?

- Estoniyaya qarşı hücum futbolu oynamalıyıq. İsveç və Avstriyaya qarşı səfərdə müdafiə olunmaq daha doğru idi. Amma Estoniya ilə oyunda hücum etməli və üç xal qazanmağa çalışmalıyıq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Ən çox oxunanalar