Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan məhsulu olan “Avesta2810” COVID-19-u məhv edir

Siyasi və ya iqtisadi fikir ayrılıqlarına baxmayaraq, bütün dünya ümumi məqsədə çatmaq – SARS-CoV-2 kimi də tanınan koronavirusdan xilas olmaq üçün bir araya gəlib.

Hər gün bu virusa yoluxan və ya onun təsirləri nəticəsində ölənlərin sayı ilə bağlı müxtəlif ölkələrin statistikası dərc olunur. BMT virusla mübarizə üzrə müxtəlif təşəbbüslərlə çıxış edir, müxtəlif ölkələrin qurumları və istehsalçıları isə bu vəziyyətdən çıxış yolları tapmağa çalışırlar.

Hazırda virusla mübarizənin 2 əsas istiqaməti var - formulaların ixtirası, peyvənd üçün antidotun istehsalı və səthləri dezinfeksiya edən vasitələrin istehsalı, çünki alimlər virusun müxtəlif səthlərdə qalmağa, bununla da ötürülməyə, başqa sözlə yoluxmuş insanların sayını artırmağa meylli olduğunu sübut ediblər.

“Hər gün toxunduğumuz səthlər infeksiyanın potensial ötürmə vasitələridir”, - London İmperiya Kollecinin (Böyük Britaniya) yoluxucu xəstəliklər üzrə tədqiqatçısı Cerald Lyarua-Momyu bildirib. (BBC)

Keçən il alimlər misin koronavirusla mübarizədə ən yaxşı dezinfeksiyaedici olduğunu sübut ediblər. Bəzi istehsalçılar isə hətta antimikrobiyal mis plyonkasının istehsalını təşkil ediblər, bunun viruslarla mübarizəyə təsiri əsl sıçrayışa səbəb olub. Amma təəssüf ki, bu cür istehsalat böyük investisiyalar tələb edir və istehsal güclərini nəzərə alsaq, geniş ərazini əhatə edə bilmir.

Xarici qurumlar və şirkətlər kimi Azərbaycanın “AZCHEMCO” elmi-tədqiqat şirkəti də yerində saymayıb və bir il ərzində bu qlobal problemin həlli üçün çox çalışıb. “Azertrading LTD” şirkətinin dəstəyi ilə AZCHEMCO-nun məhsulu – tamamilə həll olmuş misdən ibarət olan “Avesta2810” “AzMedical”ın laboratoriyasında səthlərin koronavirusdan dezinfeksiya edilməsi üzrə sınaqdan keçirilib. Sınaq Cənubi Koreyanın “SD-Biosensor” şirkətinin avadanlığı üzərində aparılıb. Tədqiqat nəticəsində “Avesta2810”un açıq havada 40 dəqiqə ərzində COVID-19 SARS virusunun bakteriyalarını tamamilə məhv etdiyi təsdiqlənib.

Müvafiq sertifikatlar ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://drcu.co.kr/?page_id=8794&lang=en.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Bu qan qrupundan olan insanlar daha çox yaşayırlar

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Əfsanəvi futbolçu Yohan Neeskens dünyasını dəyişib

Ən çox oxunanalar