Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasının yekunlarına dair protokol imzalanıb

Azərbaycan-Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasının yekunlarına dair Protokol imzalanıb...

"Report" xəbər verir ki, sənədi komissiyanın Macarıstan tərəfindən həmsədri, xarici işlər və ticarət naziri Peter Siyarto və Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev imzalayıblar.

S. Babayev vurğulayıb ki, Azərbaycan-Macarıstan əməkdaşlığı ən yüksək səviyyədir:"Bunu biz bütün sahələrdə görürük. Macarıstan həm Azərbaycanın ərazilərinin işğalı və azad edilməsindən sonrakı dövrdə Azərbaycanın yanında olub".

O əlavə edib ki, bununla yanaşı Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdaşlıq genişlənir: "İnvestisiya əlaqələri inkişaf edir. Bu gün ölkələr arasında biznes forum keçiriləcək, hər iki tərəfdən 60-a yaxın şirkət iştirak edəcək. Bu forum biznes əlaqələrini daha da genişləndirəcək".

P. Siyarto Azərbaycan və Macarıstanın ciddi çağırışlar olan regionda yerləşdiyini bildirərək, qeyd edib ki: "Azərbaycanla Macarıstan arasında olan münasibətlər bir sıra problemlərin öhdəsindən gəlməyə kömək edir. 2010-cu ildə Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalandı. Buna görə bizi tənqid etdilər, lakin hazırda bizi tənqid edənlər bu gün Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar