Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır“


Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya səfərinin yekunları ilə bağlı jurnalistlərə bildirib


Onun sözlərinə görə, Gürcüstanın Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə çoxəsrlik sıx əlaqələri mövcuddur: "Mənim səfərim bizim əməkdaşlığı davam etdirməyimizin nümayişi oldu".

Qaribaşvili qeyd edib ki, "Şahdəniz 2" üzrə yekun investisiya qərarının imzalanması Avropa üçün həlledici əhəmiyyətə malikdir, çünki Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə Avropanın enerji xəritəsi tamamilə dəyişə bilər.

Gürcüstanın bu layihədən hansı mənfəət əldə edəcəyinə gəldikdə, baş nazir bildirib ki, təxminən beş il ərzində 600 milyon dollaradək həcmdə investisiyalar planlaşdırılır, iki mindən üç minədək iş yeri yaradılacaq, qaz kəmərinin buraxılış qabiliyyəti 16 milyard kubmetrədək artacaq ki, bunun beş faizi Gürcüstanda qalacaq.

Onun sözlərinə görə, müvafiq olaraq bu, Gürcüstanın öz dəhlizini daha səmərəli mənimsəməsinə doğru daha bir addımdır və ən başlıcası, bu, region üçün böyük əhəmiyyət kəsb edəcək.

İ.Qaribaşvili iki ölkə arasında çoxtərəfli əlaqələrin gələcəkdə dərinləşəcəyinə ümidini ifadə edib.(trend)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar