Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan gənclər təşkilatlarının nümayəndələri Soçidə ermənilərin təxribatının qarşısını alıblar


Azərbaycan nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında iştirak edib


Oktyabrın 14-dən 22-dək davam edən gənclər və tələbələr festival dünyanın 150 ölkəsindən müxtəlif sahələrdən 20 mindən çox gənc mütəxəssisi bir araya toplayıb.

“İrəli” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, festival “Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq-keçmişimizə hörmət edərək gələcəyimizi inşa edirik” şüarı altında təşkil olunub.

İctimai Birliyin sədri Mirhəsən Seyidov bildirib ki, erməni gənclər festival çərçivəsində keçirilən sərgidə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun Ermənistan ərazisi olduğunu göstərən broşürlər nümayiş etdiriblər. Ermənilərin bu təxribatını hiss edən Azərbaycan nümayəndə heyəti nümayişdən əvvəl xüsusi bəyanatla çıxış edib və festival iştirakçılarına məlumat veriblər. O qeyd edib ki, ermənilərin təxribatının qarşısının alınması məqsədilə Azərbaycan nümayəndə heyəti razılıq əldə edərək 18 oktyabr - Dövlət Müstəqilliyi Gününün festivalda qeyd edilməsinə nail olub. Müstəqillik günümüzdə Dağlıq Qarabağ, Azərbaycan haqqında çıxışlar edilib, milli musiqilərimiz, həmçinin “Sarı gəlin” ifa olunub. Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edən materiallar, bəyanat nüsxələri, milli mətbəximizin zənginliklərini əks etdirən şəkərbura, paxlava kimi şirniyyatlar iştirakçılara paylanılıb. Həmçinin sosial şəbəkələrdə festival iştirakçıları üçün xüsusi məlumatlandırma həştəqləri yaradılıb.

Festivalda Azərbaycan xüsusi stendlə iştirak edib. Stenddə Azərbaycan haqqında məlumatlar böyük marağa səbəb olub. Stendə yaxınlaşan şəxslərə Azərbaycanın dövlət gənclər siyasəti haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb, XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalının açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, xarici ölkələrin rəsmiləri, Azərbaycanın gənclər təşkilatlarının təmsilçiləri, o cümlədən “İrəli” İctimai Birliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndə heyəti iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar