Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan dövlət büdcəsinin gəlirləri 3,5%, xərcləri 7,3% artırılır

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat, xərcləri 24 780,1 mln. manat proqnozlaşdırılır

Bu barədə 2019-cu il dövlət büdcə zərfində məlumat verilib.

2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların , 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlkirlərin payına düşür.

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 60-70 dollar ətrafında proqnozlaşdırılması və digər qlobal amilləri nəzəərə almaqla 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 11 553,2 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3%, 2017-ci ilin icrası ilə müqayisədə 10,9% çoxdur.

2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8%-i və ya 13 700,3 mln. manatı neft sektorunun 40,2%-i və ya 9217,2 mln. manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 2,7% çox, qeyri-neft sektorunun gəlirləri isə 4,7% çoxdur.

Qeyd edək ki, 2018-ci il dürüstləşmiş dövlət büdcəsinin gəlirləri 22 149,0 mln. manata, xərclər 23 100,0 mln. manat təşkil edir/Report

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar