Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Dəmir Yolları”nın sədri əhaliyə müraciət edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri dəmir yolu xətlərinin yaxınlığında fərdi ev tikmiş və yaxud tikmək istəyən vətəndaşlara müraciət edib...

O, bunları deyib:

“Ev tikəndə elə yerdə tikin ki, həm təhlükəli olmasın, həm də sökülməli olmasın. Bəzən insanlar ev tikərkən məqsədəuyğun olmayan ərazilər seçir. Məsələn elektrik xətlərinin altında, dəmir yollarının yaxınlığında ev tikmək lazım deyil. Bu ilk növbədə həmin ailələrin öz təhlükəsizliyi baxımından doğru deyil. Elə Bakının “Şanxay” adlandırılan ərazisoni götütək. Həmin ərazi təəssüf ki, ev tikilməsi üçün münasib deyil. Biz dəmir yollarının yaxınlığında olan evləri sökmək məcburiyyətində qaldıq. Bu addım insanların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar. Sadəcə bizim insanlarda qəribə xasiyyət var. Əvvəlcə şirkətlər onlarla danışır, razılaşırlar, amma bir misal var, “iştah diş altındadrı” fikirləri dəyişir. Gəlib deyirlər ki, məsələn 10 kvadratmetrlik ərazi üçün mənə 10 min manat yox, 20 min manat ver və yaxud 20 min manat yox, 50 min manat ver. Oralarda qeyri-qanuni olaraq yerləşmiş əhali var. Amma biz onları əvvəlcə sənədləşdiririk, sonra çalışırıq ki, problemi həll edək. Bu məsələlərdən xəbərimiz var, çalışırıq, həll olunması istiqamətində layihələr hazırlanmalırı, gözlənilir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar