Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan daha bir NATO ölkəsi ilə hərbi əməkdaşlığı dərinləşdirir

Azərbaycan Qarabağda ötən ilin payızında həyata keçirdiyi uğurlu hərbi kampaniyanın ardınca daha bir NATO ölkəsi ilə hərbi əməkdaşlığını dərinləşdirir. 

Litva ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələlərini nəzərdə tutan sənədlər paketi hazırlanır. Sənədi sabah sentyabrın 14-də Litva Nazirlər Kabinetinin iclasında bu ölkənin müdafiə naziri Artis Pabriks təqdim edəcək. Bu haqda Litva KİV-ləri bildirir.

Sənədlər paketinə “məxfi” statusu verilmədiyi üçün ictimaiyyətə açıqdır. Sənədin preambluasında Şimali Atlantika müqaviləsi və Azərbaycanın da qoşulduğu “Sülh naminə tərəfdaşlıq” proqramı xatırladılır. Bildirilir ki, Azərbaycan və Litva bu müqaviləni bərabərlik, dövlət suverenliyinə, müstəqilliyə və ərazi bütövlüyünə, habelə digər beynəlxalq norma və prinsiplərə qarşılıqlı hörmət əsasında imzalayır. “Əməkdaşlıq bu sənədi imzalayan dövlətlərin milli maraqlarına cavab verir və üçüncü şəxslərə qarşı yönəlməyib”,-orada bildirilir.

Sənədlər paketinə əsasən Azərbaycanla Litva arasında müdafiə sahəsində cəmi 15 əməkdaşlıq sahəsi müəyyən edilir. Bura müdafiə siyasəti və strategiyaları ilə yanaşı sualtı dalğıcların hazırlanması, hərbi sənaye kompleksi üzrə əməkdaşlıq, hərbi geodeziya, topoqrafiya, hərbi təbabət, logistika kimi sahələr daxildir.

Müqavilə silahlar üzərində birgə nəzarətin həyata keçirilməsi və sülhməramlı əməliyyatlarda birgə iştirakı da nəzərdə tutur. Hər il əməkdaşlıq üzrə tədbirlər planı tərtib olunacaq, tərəflər qarşılıqlı səfərlər barədə razılıq əldə edəcəklər. Gözlənilir ki, Azərbaycan tərəfdən sənədi müdafiə naziri Zakir Həsənov paraflayacaq.

“Aydındır ki, Latviya bu müqavilənin hazırlanmasını NATO ilə razılaşdırıb və bu da o deməkdir ki, alyans Bakını dəstəkləməyə meyl edir. Çünki regionda ikinci münaqişə tərəfi olan Yerevan Moskvanın himayəsindədir”,-yerli BB.lv portalı vurğulayır.

Xatırladaq ki, Azərbaycan NATO-nun aparıcı ölkələrindən olan qardaş Türkiyə ilə öz hərbi müttəfiqlik münasibətlərini 44 günlük müharibənin ardınca daha da (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar