Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan bal istehsalını artıracaq

Bu il Azərbaycanda bal istehsalında cüzi artım gözlənilir

Bu barədə Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, bu hələlik ilkin proqnozlardır, çünki bir sıra rayonlarda balın süzülməsi prosesi hələ başa çatmayıb:

"Biz bu il bal istehsalının 3 min tona yaxın və ya bir qədər yüksək olacağını gözləyirik. Amma bu, hələlik ilkin proqnozlardır".

Proqnozların azalmasına gəlincə B.Həsrətov bildirib ki, bu problem bəzi regionlarda qeydə alınmış hava şəraiti ilə əlaqədar olub. Daha əvvəl, Assosiasiya 2018-ci ildə 5.000 ton balın istehsal olunacağını proqnozlaşdırmışdı:

"Bir sıra dağlıq və dağətəyi rayonlarda, xüsusilə şimal-qərb və şimal rayonlarında məhsuldarlıq aşağı olub. Bunun səbəbi soyuq yaz, daha sonra qəfil istiləşmə olub. Nəticədə çiçəklər kifayət tozcuq verə bilməyib. Amma bəzi aran rayonlarında və ölkənin cənubunda yüksək məhsuldarlıq qeydə alınıb, bəzi yerlərdə bir arı ailəsindən 50 kiloqramadək məhsul götürülüb. Ona görə də məhsuldarlıq ötənilki səviyyədə qalıb. Ötən il bu regionlarda hər arı ailəsindən 20 kiloqramadək məhsul təşkil edib. Bu sahədə əhəmiyyətli artım qeydə alınıb".

pia.az


Etiket: Bal Azərbaycan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Ən çox oxunanalar