Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan AŞPA tərəfindən terrorçu dövlət kimi tanınan Rusiya ilə necə əməkdaşlıq edəcək?

Zərdüşt Əlizadə Çətin sual qarşısında...

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Rusiya rejimini "terrorçu" elan edən qətnaməni təsdiq edib. AŞPA-nın 99 deputatı qətnaməni dəstəkləyib, bir nəfər səs verməkdən yayınıb.

Qətnamə layihəsinə "Rusiya Federasiyasını terrorçu rejim elan etməyi" təklif edən düzəliş edilib. Səsvermə zamanı 79 deputat düzəlişi dəstəkləyib, iki nəfər onun əleyhinə səs verib, bir nəfər isə səs verməkdən yayınıb.

Yekun sənəd AŞPA-nın saytında dərc edilib. Qətnaməyə təsdiq edilmiş digər düzəlişdə Rusiyanın daha əvvəl "Ukraynanın və digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qəsd edən qanunsuz qərarlarının" lehinə səs vermiş siyasi partiyaları "terrorçuluğa şəriklikdə" ittiham olunurlar.

Qətnamə "Rusiya Federasiyasının Ukraynaya qarşı artan təcavüzü" adlanır. Bu qətnamə ilə AŞPA Avropa Şurasının iştirakçısı olan ölkələrdən Donbas, Zaporojya ve Herson vilayətlərində keçirilən referendumları qəbul etməməyi, Ukraynanın bərpasının maliyyələşdirilməsinə dəstək verməyi, habelə hərbi cinayətlər üzrə xüsusi beynəlxalq tribunal yaratmağı tələb edir.

Bundan başqa, sənəddə deyilir ki, Rusiyanın hərəkətləri "beynəlxalq hüququ pozur və BMT Təhlükəsizlik Şurasında daimi üzvlüyü olan nüvə dövlətinin öhdəlikləri ilə bir araya sığmır".

Bəs Azərbaycan AŞPA tərəfindən terrorçu dövlət kimi tanınan, eyni zamanda strateji müttəfiqi olan Rusiya ilə necə əməkdaşlıq etməlidir?

Siyasi şərhçi Zərdüşt Əlizadə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

Ən çox oxunanalar