Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan almaları Ermənistana necə aparılıb?


Ermənistan hakimiyyəti Yerevan mağazalarının piştaxtalarında Azərbaycan almalarının genişmiqyaslı axtarış işlərini davam etdirir. “DAD Fruits Kənd Təsərrüfatı” MMC-nin almalarının Ermənistan bazarına düşməsinin rəsmi versiyası belədir: almalar Ermənistana qaçaqmalçılıq yolu ilə aparılıb


Virtualaz.org xəbər verir ki, Ermənistanın gömrük idarəsinin məlumatına görə, aprel ayında Ermənistana alma yalnız Polşadan, Rusiyadan, Ukraynadan, Gürcüstandan və İtaliyadan idxal edilib.

Bununla birlikdə, “DAD Fruits Kənd Təsərrüfatı” MMC ilə əməkdaşımızın əlaqə yaratmaq cəhdləri boşa çıxıb – şirkətin telefonları söndürülüb. DAD-ın saytında Moskvadakı partnyor kimi qeyd olunmuş “МultiFresh+” MMC-dən isə məlumat veriblər ki, artıq 1 ilə yaxındır, Azərbaycan istehsalçısı ilə əlaqələri yoxdur.



Lakin Rusiya təmsilçisi onu da əlavə edib ki, şimal qonşumuzun mağazalarında DAD məıhsulları satılır, deməli, Azərbaycan şirkəti ilə Rusiyada hansısa qurum partnyorluq edir.

Öz növbəsində, DAD-ın Sankt-Peterburqdakı partnyor şirkətinin rəhbəri Vitali Zuyev bildirib ki, Azərbaycan almaları Ermənistana istənilən həcmdə ən müxtəlif kanallarla aparıla bilər. “Biz Azərbaycandan aldığımız malı topdan Ruisiya şirkətlərinə satırıq. Onlar isə aldıqları malı istənilən ölkəyə leqal və qeyri-leqal yollarla aparıb sata bilərlər”, - Zuyev deyib.

Onn fikrincə, Ermənistan hakimiyyətinin almaların naməlum yollarla ölkəyə daxil olması haqda dedikləri cəfəngiyyatdır. “Belə bir variant mümkündür: şirkət ölkəyə beş maşın mal gətirir, lakin onlardan yalnız biri gömrük nəzarətindən keçirilir”, - rusiyalı ekspert bildirib.

Gürcüstanlı ekspert Nikoloz Nanuaşvili bu həcmə almanın sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilməsi real deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar