Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azadlıq”ın redaktoru Hollandiyadan deportasiya edilir


Bu ilin yanvar ayında ailəsi ilə birlikdə Azərbaycanı tərk edərək, Hollandiyaya sığınan “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev çətin durumla üzləşib


BakuPost.az xəbər verir ki, o, sığınacaq uçun müraciət etdiyi yerli məhkəmədən rədd cavabı alıb.

 Məhkəmə ona oturum verməkdən imtina edib və ölkədən deportasiya edilməsi barədə qərar çıxarıb.

Jurnalistə izah olunub ki, miqrasiya sahəsində Avropa ölkələri arasında əməkdaşlığı nəzərdə tutan “Dublin Sazişi”nə görə, o yalnız Avropaya daxil olduğu ölkədən siyasi sığınacaq istəyə bilər.

Məlum olub ki, Rahim Hacıyev Azərbaycandan əvvəlcə Fransaya uçub. Orada bir neçə gün qaldıqdan sonra isə Hollandiyaya, qohumlarının yanına gedib və bu ölkədən sığınacaq almaq üçün aidiyyəti orqanlara müraciət edib.

Yada salaq ki, Rahim Hacıyev Qənimət Zahid Fransaya köçəndən sonra “Azadlıq” qəzetinə faktiki rəhbərlik edirdi.

“Azadlıq” qəzetinin çapı 2016-cı ilin noyabrından dayandırılıb.

Bu ilin may aında isə Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında qəzetin elektron versiyası da (azadliq.info) bloklanıb. Buna səbəb kimi saytda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlmiş materiallar yayımlanması göstərilib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar