Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Rəhimov Rusiyaya gedib


Rusiyanın Kazan şəhərində YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Məmurların növbəti Beynəlxalq Konfransı (MİNEPS VI) başlayıb


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iki gün davam edəcək konfransda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransın əsas məqsədi idman sahəsində beynəlxalq tendensiyaların qiymətləndirilməsi, bədən tərbiyəsi və idman sahəsində beynəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır ki, onlar gələcəkdə idman siyasətinin reallaşmasında məsul dövlət orqanları və idman təşkilatları üçün əsas istiqamət rolunu oynayacaq. Konfransda həmçinin Kazan deklarasiyasının müzakirə olunub qəbul edilməsi də nəzərdə tutulur.
Konfransda YUNESKO-ya üzv 196 ölkənin bədən tərbiyəsi və idman sahəsinə məsul rəhbərlərinin və nazirlərinin, həmçinin dövlət, beynəlxalq, qeyri-hökumət və elmi idman təşkilatlarının nümayəndələrinin və ekspertlərinin iştirakı gözlənilir.

Konfrans çərçivəsində nazir Azad Rəhimovun çıxışı nəzərdə tutulur. Nazir hər bir şəxsin, istər təhsil, istərsə də digər sahələrdə cəmiyyətdə inkişafında, sağlam nəslin formalaşmasında idmanın müstəsna rolundan, bununla yanaşı, Azərbaycanın idman uğurlarından və hazırda bu istiqamətdə görülən işlərdən, ölkənin 2015 Avropa Oyunları, Formula 1 Grand Pri turniri, 2017 IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etməsindən, oyunlar zamanı ölkəyə olan turist axınından, ölkədə fəaliyyət göstərən idman qurğularından və eyni zamanda, həyata keçirilməsi nəzərdə tutulan iri layihələr barədə məlumat verəcək.

Qeyd edək ki, beynəlxalq konfrans YUNESKO-nun Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi, Hər kəs üçün İdman Beynəlxalq Assosiasiyası, Bədən tərbiyəsi və İdman Beynəlxalq Şurası və Rusiya Federasiyasının İdman Nazirliyi ilə birgə təşkil olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar