Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aygün Kazımova 51 yaşında - Foto

Bu gün Xalq artisti Aygün Kazımovanın ad günüdür.

Oxu.Az xəbər verir ki, müğənninin 51 yaşı tamam olur.

A.Kazımova 1971-ci ildə Bakıda anadan olub.

O, 1988-ci ildə “Bakı Payızı” yarışmasında birinci yeri qazanıb. Buna qədər isə o, “Ozan” və “Aypara” qruplarında çıxış edib. 1989-1990-cı illərdə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə “Asiya Dausı”, 1996-cı ildə İstanbulda keçirilən beynəlxalq yarışmaların iştirakçısı olub.

Bir sıra xarici ölkələrdə konsertlər verib. 2016-cı ildə Almaniyanın Hamburq şəhərində keçirilən “DAF BAMA Music Awards”ın mükafatçılarından olub.

2017-ci ildə “Crystal hall”da yaradıcılığının 30 illiyinə həsr edilən solo konsert verib. Dünyanın məşhur musiqiçi, prodüser və rəqs qrupu ilə çalışan Kazımovanın sözügedən konserti günlərlə dillərdən düşməyib.

Ötən il yayımladığı “SUS” adlı mahnısı və ona çəkilən klipi isə aylardır dillər əzbəri olub və onluqlarda birinci yeri tutub.

Qeyd edək ki, Xalq artisti ad gününə özəl olaraq yeni “Nirvana” adlı mahnısının klipini sevənləri ilə bölüşüb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Ən çox oxunanalar